Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Həmid Herisçinin bir əsrin «Ölülər»ini basdırmaq cəhdi

Düşünmürəm ki, Həmid Herisçidən İsmayıl Şıxlının, ya Cəlil Məmmədquluzadənin adına ciddi xətər gəlsin. Əslində, təhlükə bizim özümüzü gözləyir. Bu günün mənəvi simvollarını didib-dağıdandan sonra indi də ənənəvi dəyərlərə girişmişik. Sonda öz ətrafımızda və içimizdə qalacaq boşluqda necə yaşayacağıq, bilmirəm… *** İsmayıl Şıxlının «Dəli Kür» əsərini kommunistlərin sifarişi ilə…

Tam mətn

Sizi saymağa qoymayın!

Putin heç vaxt etibarlı informasiya mənbəyi olmayıb. Bütün dövlət başçıları kimi. Amma siyasət aləmində dövlət başçılarının dedikləri bəzən həqiqətdən çox əhəmiyyət kəsb edir. Çünki onlar yalanı da, doğrunu da elə-belə demirlər. Rusiya prezidenti bakılıları maraqlı bir rəqəmlə təəccübləndirdi. Son ildə bu ölkənin Azərbaycanla ticarət dövriyyəsi nə az, nə…

Tam mətn

Görədildən Mehdiabada səyahət

Hadisələrin belə qızğın çağında — seçkilər yaxınlaşır, müxalifət Tiflisdə, MSK Bakıda yığışır; jurnalistlər prezidentin verdiyi evlər uğrunda dalaşırlar, hökumətimizin göyə uçurduğu peykdən də, deyəsən, təzə xəbər var — sizi belə sönük mövzuda söhbətə çəkdiyim üçün məni qınamayın. Hövsələniz olsa, görəcəksiniz ki, axırda söz özü fırlanıb həmin peykin üstünə…

Tam mətn

Mediadan müstəqillik tələb edən xalq

Teleqraf.az saytının redaktoru Nicat Dağların müalicəsinin təşkili üçün Prezidentin göstəriş verməsi Milli Jurnalistika Günü ərəfəsində ən yaxşı xəbər oldu. Ümid edək ki, tezliklə onu yenidən iş başında, sıralarımızda görəcəyik. Bu xəbər məndə mediaya dəstək barədə söz açmaq həvəsi doğurdu. Amma mövzunu bir qədər dəyişmək, jurnalistə hökumət qayğısı, mediaya dövlət…

Tam mətn

Nə müxalifətin, nə də hakimiyyətin vahid namizədi

Fikir verirsinizmi, Milli Şura ilə bağlı müzakirələrin istiqaməti tədricən necə dəyişdirilir? Artıq Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla hakimiyyətin vahid namizədi İlham Əliyevin mübarizəsi deyil, müxalifətin ortaq liderinin Müsavat başqanı İsa Qəmbərlə münasibətləri mətbuatın gündəmində önə çıxarılır. Kim bunu təsadüfi hesab edirsə, onun nə siyasi, nə də media texnologiyalardan başı…

Tam mətn

Müxalifətin «tısbağa» düzümü

Nəhayət ki, müxalifət düzgün döyüş taktikası seçdi. Əslində, burada elə böyük seçim də yox idi. Hamı, hətta xırda intriqalar və oyunlardan darıxmış iqtidar da müxalifəti birliyə çağırırdı. Doğrudur, hökumət müxalifətə tamam başqa birlik formulası təklif edirdi və heç bir halda bu alyansın adlı-sanlı, böyük uğurlara imza atmış sənət ustası…

Tam mətn

Mükafat qəhrəmanını tapdı…

Sovet vaxtı belə bir deyim vardı. Bəlkə indi də var, amma çoxdandır eşitməmişəm… Bu həftə əliqələmli adamın «sümüyünə düşən» mövzu az olmadı. Əbülfəz Elçibəyin və Nəcəf Nəcəfovun ad günü idi. Tək ordu deyil, digər «güc mərkəzləri» də seçkiqabağı parada hazırlıq görürdülər: «Milyarderler ittifaqı» deyilən qurum Moskvada, Milli Şura Bakıda…

Tam mətn