Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

ABŞ üçün hansı ölkə təhlükəlidir?

odla oynayan Rusiya, yoxsa iqtisadi möcüzələr göstərən Çin? Deyəsən, Amerika prezidenti D.Tramp yavaş-yavaş ipə-sapa yatmağa başlayıb. Qüdslə bağlı araqarışdıran bəyanatından sonra ağzından çıxan kəlmələrin də fərqinə varır. Onun ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı verdiyi ciddi bəyanatlar çoxlarında belə bir təəssürat yaradır ki, başında hələ də biznes havası qalmış Tramp əməlli-başlı siyasətçi qiyafəsinə girir. Dünyanın ən güclü dövlətinin prezidenti indi öz ölkəsinin təhlükəsizliyi barədə həyəcanla danışır.

Tam mətn

Ruhla duyulan Vətən sevgisi

Üz-gözündən tarixilik yağan Bursa şəhəri Osmanlı imperiyasının ilk paytaxtı olub. Böyük mədəniyyətlərin izləri yaşayır burda, sanki hər daşdan qədim Bizans, Roma, Səlcuq və Osmanlı  imperiyalarının canlı tarixi boylanır Bursada. Məşhur Uludağın ətəklərində salınmış şəhər, həm də Türkiyə təbiətinin  əsrarəngiz mənzərələrini, yaşıl ormanlarını nəqş edir yaddaşlara. Hələ yüz illərdir buralarda pıqqıldayan termal qaynaqları, şəfalı suları demirəm, əsl möcüzədir. Axşam Bursadakı otelə gələndə termal qaynaqlardan gələn həmin o möcüzəli suyun faydalarından danışıb, çimməyi məsləhət gördülər.

Tam mətn

Milli ruhun diriliyi üçün

Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər. Alen Miln (ingilis yazıçısı) Əxlaq sarıdan axsayan mediamızda mənəvi dəyərlərə hücumun yeni dalğası kükrəməsəydi, Abdulla Şaiq və Abbas Səhhət kimi dühalara dil uzadılmasaydı, yəqin ki, bu yazını yazmağa ehtiyac olmayacaqdı. Min təəssüf! Keçmişə daş yağdırmaqda heç bir ölçü gözləməyən, tarixi şəxsiyyətləri haqq-nahaq məşhər ayağına çəkməkdə pərgar olan bəzi saytlar, yenə də öz “mübarək” missiyalarını davam etdirirlər.

Tam mətn

Rusiyadan necə qorunmalı?

Müstəqil Azərbaycanın sabahını düşünən, onun varlığı üçün ürəyi döyünən hər kəsin beynini  bu sual məşğul edir. Neçə illərdir ki, bu narahat sual özünü və milli istiqlalın nə demək olduğunu dərk edən,  sahib olduğumuz müstəqillikdən qürur duyan hər kəsin içində mürgüləyir. Elə ki, dünyada və bölgədə naqolay hadisələr başlayır, Moskvanın sərt gedişləri üzə çıxır, o zaman həmin əbədi sual da qıvrılıb oyanır və cavab axtarışları başlanır. Bu günlər dünyanın siyasi temperaturu yenə kəlləçarxa qalxıb.

Tam mətn

Köhnə kişilər haqqında hekayət

Dilimizdə elə cazibədar ifadələr var ki, daşıdıqları məna, anlatdıqları mətləb bir yana, adicə səslənişləri belə adama zövq verir. Məsələn, kiməsə rəğbətimizi bildirəndə işlətdiyimiz “köhnə kişidir” ifadəsi, bu mənada mənə çox enerjili söz birləşməsi kimi görünür. Adətən, bu ifadəni özündə illərin izini yaşadan yetkin, həssas, həyatın hər üzünə bələd olan, ən çətin şəraitdə belə düşünülmüş qərarlar qəbul edə bilən müdrik insanlar haqqında işlədirik.

Tam mətn

Vəzifəm mənim sərvətimdir

Yəqin ki, yaşlı və orta nəsil Vaxtanq Kikabidzenin bir vaxtlar məşhur olmuş “Ötən illərim mənim sərvətim, var-dövlətimdir” lirik mahnısını  yaxşı xatırlayır. Həmin mahnı elə indi də ara-sıra səslənir və melodiyası adamda keçmişə əməlli-başlı xiffət hissi oyadır. Ömürdən keçən mənalı illərin insanın sərvətinə çevrilməsi fikri də çox düşündürücüdür. Mən əminəm ki, babat musiqi zövqü olan tipik azərbaycanlı məmur da bu mahnını yaddaşında  yaxşı saxlayıb, ən azı “var-dövlət” söhbətinə görə.

Tam mətn

Qarabağ problemində beş rayon illüziyası

və bir də  A.Duqinin ocaqbaşındakı status-kvo söhbəti haqqında Qarabağ danışıqlarında Rusiyanı əvvəldən Minsk qrupunda təmsil etmiş Vladimir Kazimirov, yəqin ki, çoxlarının yadındadır. Ona bu problem barədə sual verəndə  adam işgüzar görkəm alıb o qədər uzun, yayğın və mənasız danışırdı ki, lap bezirdin. Kazimirovu xatırlayanda indi də onun üçün dəfələrlə mikrofon saxlamış biləklərim gizildəyir. Nə qədər sözünü kəsirdin, nə qədər yönəldici və mahiyyətə aid suallar verirdin, xeyri yox idi, yalnız öz bildiyini danışırdı.

Tam mətn