Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Azadlıq yolunda qalxan bir vuruş…

bu vuruşu niyə cəsurluq, qəhrəmanlıq və milli birlik rəmzinə çevirə bilmirik? Tarixdə baş vermiş istənilən hadisənin yaddaşlarda öz konkret adı, obrazı və dəqiq simvolları olur. Bu mənada 20 Yanvar faciəsinin şahidi və iştirakçısı olmuş insanların şüurunda o hadisələr təkcə sovet ordusunun Bakıya amansız basqını, cəza dəstələrinin silahsız insanları gülləbaran etməsi, gecənin bağrını yaran yaylım atəşləri və tank tırtıllarının qorxunc səsi ilə yadda qalmayıb.

Tam mətn

Frau Merkelin bir cümləsi…

 Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır? Moskvanın Vnukovo hava limanında  təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadə ikinci mərtəbəyə qalxıb çay içməyi təklif etdi.

Tam mətn

Reportyorun Qarabağdan keçən taleyi

Onun cəbhə bölgəsindən verdiyi canlı reportajlara hamı həyəcanla baxırdı, adamlar nəfəs dərmədən, bir sözünü belə buraxmadan onu dinləyirdilər. Çingizin əlində mikrofon kamera önünə çıxması ilə ekranlarda və tamaşaçı şüurunda, sanki hər şey dəyişirdi: ütülü xəbərlərin yaratdığı yalançı təsəvvürlər əriyir, illüziyalar sona yetir, rənglər öz halına qayıdır, göz önündə hadisə yerinin real mənzərəsi canlanırdı. Çünki reportyor Çingiz Mustafayev heç nəyi artırıb-əksiltmirdi, gördüklərinə şahidlik edir, ölkənin və millətin taleyi üçün önəmli olan sərt həqiqətləri deyirdi.

Tam mətn

İstiqlal Bəyannaməsinin müəllifi kimdir?

1919-cu ilin soyuq payızında Kaliforniya ştatının sakinləri ölkənin 28-ci prezidenti, Biririnci dünya müharıbəsinə son qoymaq səylərinə görə yenicə Nobel sülh mükafatı almış Vudro Vilsonla görüşə toplaşmışdılar. Ölkəsini iki il əvvəl Avropadakı savaşa qatmış V.Vilson konqresə göndərdiyi məşhur “bütün müharibələrə son qoymaq üçün müharibəyə başlamağa» dair çağırışından və həmin çağırışın verdiyi nəticələrdən danışırdı.

Tam mətn

Bu hiylə adamlar, yaltaq adamlar…

Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq olarsa, həmin ölkə batar. Şarl Lui Monteskyö Yurdu bürümüş qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq!! Hüseyn Cavid “Yaltaq” sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən, utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək.

Tam mətn

Şüurlu cəhalət yolu

Bu yol təpərsiz cəmiyyəti hara qədər apara bilər? Rusların məşhur “Arqumentı i faktı” qəzetində Çin əhalisinin kökəlməyə meyillənməsi və bunun mümkün fəsadları ilə bağlı bu yaxınlarda oxuduğum məqalə məni bir az təəccübləndirdi. Düşünə bilərsiz ki, əvvəla, Çin kimi inkişaf etmiş bir ölkənin hər şeydə, o cümlədən qidalanmaqda (bizlərdən fərqli olaraq) ölçü gözləyən ağıllı, bacarıqlı və daim hərəkətdə olan insanlarını heç cür kök təsəvvür etmək olmur.

Tam mətn

Ana dilimizdə 37 havası

və ya doğrudanmı, orfoqrafiya “islahatı” dilimizi edam kötüyünə aparır? Təbiətdə köklü-köməcli nəhəng ağaclar da olur, kökü üzdə qalmış cılız kol-kos da. Bir az bərk külək qalxan kimi həmin kol-kosu dibindən qoparıb ora-bura çırpa-çırpa sovurub aparır, köklü ağaca isə heç fırtınanın da gücü çatmır. Neçə vaxtdır ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarının yeni layihəsi ilə bağlı cəmiyyətdə yaşanan həyəcanlar, mediadakı müzakirələr nədənsə, gözümün qabağına bu ağac-kol mənzərəsini gətirir.

Tam mətn