Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Müsəlman geriliyinin beş səbəbi

Sivilizasiyaların toqquşması haqqında deyilənlər nağıl deyil, gerçəklikdir və reallaşmaqdadır. Buna əmin olmaq üçün CNN kimi transmilli telekanallara baxmaq kifayətdir. Firavan Avropadan müsəlman Şərqinə keçən kimi mənzərə dəyişir, ekranları   partlayış, dağıntı, qəzəbli kütlə tutur, arada cır-cındır içindəki uşaqlarını yanına yığmış çadralı qadın və əlində silah “Alllahu-əkbər” deyən saqqallı kişi də görünür.  Əfqanıstan, Suriya, İraqdan olan süjetlər, adətən bu şəkildə verilir və beyinlərə müsəlmanların geridə qalmış və həm də qorxunc obrazı sızdırılır.

Tam mətn

Dünya göz yaşlarına inanmır…

Yaşı 70-i keçmış müəllim həmkarım əlində tutduğu qəzeti şəstlə açıb, qoşa səhifədəki yazısını mənə  göstərdi. I Pyotrun Rusiyaya işğalçılıq planını göstərən məşhur vəsiyyəti barədə yazmışdı, sonra da həmin vəsiyyətə nifrətini nəzmə çəkmişdi, daha çox həcvə oxşayırdı.

Tam mətn

Mirzə Cəlili niyə həbs etmişdilər?

 və ya “Ölülər” aləmindən “Dəli yığıncağı”na düşməyin əbədi faciəsi                          28 Apreldə Azərbaycanın işğalından iki ay sonra Mirzə Cəlil ailəsi ilə gedib Təbrizə sığıınmışdı. Şura hökumətindən ağlı bir şey kəsmirdi, bolşeviklərə inanmırdı, hadisələri uzaqdan izləyirdi. Tezliklə geri qayıtmaq fikri də yox idi. Təbrizli dostlarının köməyi ilə “Molla Nəsrəddin”in nəşrini bərpa etmişdi, iki il ərzində ara-sıra çıxan jurnalın nüsxələri Bakıda da yayılırdı.

Tam mətn

Virus

Həkim qızdırmalı xəstəni müayinə edib kağız-kuğuzunu diqqətlə nəzərdən keçirdikdən sonra, çox vaxt qaşlarını çatıb qayğılı tonla belə bir diaqnoz qoyur:“Virusa yoluxmusuz, gərək ciddi müalicə olunasız”. Faylları açılmayan, yaxud açanda ilan-qurbağa çıxan kompüterə baxdıqdan sonra təcrübəli usta eyni nigaranlıqla başını bulayıb:”Vəziyyət ağırdır, kompüterə virus düşüb, gərək təmizləyək-deyir”. Virusla bağlı daha bir unikal situasiya da var: idarə və müəssisələrə daraşaraq onları iflic etmək.

Tam mətn

«Get… bir də buralara qayıtma»

Əvvəllər Rusiyaya “sezona” gedərdilər, ordan yaxşı pul qazanıb gələnlər də olurdu, suyu süzülə-süzülə əliboş qayıdanlar da. Çox nadir hallarda “flankəs evlənib Urusetdə qaldi” xəbərləri də çıxırdı. Amma bütün hallarda adamlar el-obasına, torpağına, ev-eşiyinə bağlı idi. Adamlar hara getsələr, yenə ata ocağına dönürdülər. Yer-yurdunu tərk edib başqa yerə köç edənlər, Vətəndən üz döndərib ayrı məmləkətlərə üz tutanlar barmaqla sayılardı, zatən getməyə yer də yox idi. Hər yerdə sovetlərin qırmızı bayrağı dalğalanırdı.

Tam mətn

Yaramamağın faciəsi

Əslində sərlövhəni “yaramazlığın faciəsi” də qoymaq olardı. Fəqət “yaramazlıq” sözü AzTV sədrini diksindirdiyindən ehtiyatlanıram ki, bunu təhqir sayıb yenə bir çətən işçini kamera qabağına yığıb təzə “ifşa” serialı çəkdirsin, düşük saytlarda qəşəng nağıllar yazdırsın, sonra da məni məhkəməyə çəksin. Təbii ki, ən aşağısı qarşıdan gələn refendum səbəbindən mən bunu istəmirəm. O boyda TV-mizin “intellektual” və “peşəkar” sədrinin başını çox qatmaq olmaz.

Tam mətn

“İyirmilər”in görüşündən Qarabağadək: hər şey mavi, masmavi…

Dünya ekranlarında sayrışan xəbərlər planetin kədərli mənzərəsini yaradır. Baxırsan, məyus olursan, həm də heyrətə gəlirsən: bir tərəfdən təbiət insanlara qarşıdı, o biri tərəfdən də insanlar da bir-birinə qənim kəsilib. Təbii fəlakətlər bir yana, siyasət deyilən nəsnənin yaratdığı gizli dalğalar da öz işini çox amansızlıqla görür. Bu məkrli dalğaların alov dilləri ara-sıra Avropa və Rusiya çevrəsində şölələnsə də, onun istisi daha çox müsəlman Şərqini, bir də geridə qalmış Afrika ölkələrini qarsır.

Tam mətn