Muəllif: Hüseynbala Səlimov

29-cu YANVAR…

“İnqilabları adətən dahilər fikirləşir, fanatlar həyata keçirirlər, fırıldaqçılar isə ondan faydalanırlar”. Sizi bilmirəm, amma bəndəniz həmişə bu fikrə bir azacıq şübhə ilə yanaşıb. Fanatlar və fırıldaqçı qardaşlarımızla bağlı elə bir etirazımız yoxdur, fəqət, bizə elə gəlir ki, fırıldaqçıların rolunun bir az da qabardılmasına ehtiyac vardır, çünki bəndənizə elə gəlir ki, onların inqilablardakı rolu adi möhtəkirlikdən bir az da artıqdır. “Niyə”sini indi izah etməyə çalışacam.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

AXMAĞIN BİRİ, AXMAQ…

Hər bir yazıçının xüsusi həyəcan keçirdiyi bir məqam var. Onunçün zaman və məkan iki hissəyə bölünür. Biri, əsərini yazandan əvvəlki, biri də sonrakı. İzah edim. “Yad dildə” romanım yazılmamış İçərişəhər, Şirvanşahlar Sarayı, Nizaminin, Natəvanın heykəli, “Azərbaycan” kinoteatrı, Qoşa Qala qapısı mənimçün adiydi. Roman nəşr olunandan bir xeyli sonra gecə vaxtı yolum təsadüfən oralardan düşdü. Gözümə və özümə inana bilmədim. Sanki tanıdığım yerlərə yox, Məlikməmmədin nağılını oxuyandan sonra düşdüyü yeraltı dünyaya düşmüşdüm.

Tam mətn
Muəllif: Aytən Məmmədova

Pilləkəndəki prezident

Keçən ilin oktyabrında sosial şəbəkələrdə Finlandiya prezidenti Sauli Niinistönün maraqlı şəkli çox paylaşılırdı. Şimali Avropa ölkəsinin rəhbərinə tədbirlərdən birində zalda yer çatmamışdı, o da pilləkənlərdə əyləşmişdi. Əlbəttə, bu hal bizi xeyli təəccübləndirmişdi, cənab Niinistöyə də böyük rəğbət yaratmışdı. Sonradan öyrəndik ki, Finlandiya prezidenti həyat yoldaşının çıxışını izləmək üçün kitab yarmarkasına gəlib, amma gec gəlib, pilləkəndə əyləşməli olub. Biz xeyli təəccübləndik, amma yarmarkaya gələnlər lap elə təəccüblü görünmürdülər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

DEYİN, MƏN NƏ ETMƏLİYƏM?

Ölkə əhalisinin sayı on milyona çatıb. Körpələri və yetkinlik yaşına çatmayanları bir yana qoysaq, nə qədər adamın oxuma-yazma bildiyini təsəvvür etmək olar. Yəni bu ölkədə ən azı 5 milyon adamın oxucu olma ehtimalı var. Bunun iki milyon yarımını da oxumağa meyli, həvəsi olmayanlar hesab edək. Yarısı qaldı. Onun da milyon yarımını ədəbiyyata yad adam hesab etsək, yerdə bir milyon xalis oxucu qalır.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Çaşan dillər və üzə çıxan həqiqətlər…

Atalar yaxşı deyib: “Dil çaşar, düzünü deyər”.  Qərara gəldim ki, son günlər çaşan dillərin dedikləri həqiqətlər haqda yazım. Son günlər həbsdə olan bloger Mehman Hüseynovun ona qarşı irəli sürülən əlavə ittihama etiraz əlaməti olaraq aclıq aksiyasi elan etməsi gündəm mövzusudur. Media, sosial şəbəkələrdə hər kəs bu haqda yazır. Bir çox insan mövqe sərgiləyir, Mehmana dəstək nümayiş etdirir. Bəziləri isə ya dəstək nümayiş etdirməkdən ehtiyat edir, ya da əks mövqe sərgiləyir. Əks mövqe sərgiləyənlərin etirafından danışacam.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

RUSLAR NİYƏ BELƏ TƏLƏSİRLƏR?..

Ukraynada növbəti prezident seçkiləri deyilənə görə, martın 31-də olacaq. Bu minvalla kobzarların ölkəsindəki seçkilərə hələ üç ay qalıb. Amma gəl ki, ruslar artıq vurnuxmadadırlar.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

DİLİMİZİN DİLSİZLİYİ…

Millət var — özü tarix səhnəsindən çəkilir, dili qalır, millət var — özü qalır, ancaq dili ölüb gedir. Sözün düzü, indi girinc qalmışam, biz hansındanıq? Yəqin çoxu düşünəcək, bu nə söhbətdir, əlbəttə, biz heç birindən deyilik. Mənə isə elə gəlir ki, bu anda biz elə hər ikisindənik. Həm özümüz yavaş-yavaş ölüb gedirik, həm dilimiz. Hər ikisini düşünmək adamın ürəyini ağrıdır.

Tam mətn