Dədəm, iranlı bəyin anası və Tula samovarı
35 il bundan qabaq bir qış axşamı təmiz kaseti atamın elə həmin gün aldığı “Vesna” adlı maqnitofona qoyub səs qeydi düyməsini basdım. O gecə hamımız dədə evinə yığışmış, altımıza döşəkcə atıb yerdən oturmuşduq. Bu qədər adamın içində maqnitofonun idarəsinin məndə olmasıyla fəxr edirdim. Odun sobasının çatırtısından başqa heç nə eşidilmirdi. — Hə, dədə, o Əjdər bəylə samovar əhvalatı necə olmuşdu? – kaset əmimin bu sözləri ilə başlayır.