Sənət əbədidir, ömür amanat…
(əvvəli Ayna.az saytının 13.12.2018 — 14.12.2018 tarixli buraxılışlarında) Adil İskəndərov xeyli yerindən tərpənmədi, nə edəcəyini, hara gedəcəyini düşünür, heç cür qərar verə bilmirdi. Bəlkə, axtarıb Səməd Vurğunu tapsın, məsələni şairə açsın? Tapıb nə deyəcəkdi? Şair onu lağa qoymazdımı ki, “ayə, bir divar yazısına, iki avara tənqidçinin pıçıpıçısına görə niyə özünə əl qatmısan? Bə mənim başıma gətirilənləri danışsam, dəli olarsan ki!” Yox, yaxşısı evə qayıtmaq, çalışıb yuxuya getmək idi.