Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Ölən müxalifət üçün rekviyem

Artıq Azərbaycanda rəsmi olaraq müxalifət yoxdur. Sən demə, fil qulağında yatmışıq, xəbərimiz yox. Demə, bir neçə ay öncə, keçən il oktyabrın 9-da müxalifəti öz əllərimizlə, daha doğrusu, seçkilərdə verdiyimiz və vermədiyimiz səslərlə dəfn etmişik, üçünü, yeddisini, qırxını da çoxdan vermişik. Materialist damarım yenə də tutdu. Bilirsiniz, nədən? Ona…

Tam mətn

Dəlidən doğru xəbər

Bilmirəm, gülüm, yoxsa ağlayım. Bir tərəfdən kimliyindən asılı olmadan konkret vətəndaşın insan haqlarıyla bağlı bəşəri dəyərlərlə tanışlığı və öz haqlarını müdafiə etmək cəhdləri məni sözsüz ki, sevindirir. Başqa cür ola da bilməz. Digər tərəfdən dəhşətə gəlirəm. Öz haqlarını qorumaq üçün bəşəri dəyərlərə, beynəlxalq standartlara müraciət edən bu şəxslərin…

Tam mətn

İdmanı sevirik biz…

Rusiya yığmasının üzvü, futbolçu Aleksandr Səmədovun bir bəyanatı heç vaxt yadımdan çıxmayacaq: «Azərbaycan mənim deyil, atamın vətənidir. Mənim vətənim Rusiyadır». Əvvəlcə özümü təhqir olunmuş, çirkaba batırılmış bir varlıq kimi hiss etdim. «Qaşınmağa» başladım. Bir qədər sakitləşəndən sonra isə özüm-özümə əzəli bir sual verdim: «Kimdir günahkar?» Axı insan xisləti…

Tam mətn

Toplumun ədalət təpkisi

Bu dünyada elə bir insan toplumu yoxdur ki, ədalət axtarışında olmasın. Elə bir toplum yoxdur ki, heç olmasa sözdə, ədalətin təntənəsini tələb etməsin. Lakin burada iki amili nəzərə almaq lazımdır: birincisi, müxtəlif toplumlar üçün tarixin konkret dönəmi sərhədlərində «müəyyənləşdirilmiş» ədalət meyarları fərqlidir. Yəni Afrika cəngəlliklərində yaşayan bir qəbilənin…

Tam mətn

İnanclı cahillər

Ay cahil insan! Şeytan sənin qəlbində oğurluq edir, heç olmasa «ya Allah» demirsən, Allahdan kömək istəmirsən?! On ilin söhbətidir. Yaxın bir qohumum vardı. Çox cavandı. Savadlı idi. Avropa universitetlərindən birini bitirmişdi. Bir neçə xarici dil bilirdi. Amma Azərbaycana qayıtdıqdan sonra özünə iş tapa bilmirdi. Sonradan işləri yoluna…

Tam mətn

Bu, bizik, biz deyilik?!!

Monteskyö 1748-ci ildə «Qanunların ruhu haqqında» əsərini yazmışdı. Onun fikrincə, siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər. Bu ideyalar Fransa inqilabı qanunvericiliyinə böyük təsir göstərmişdir. Monteskyönün bütün dünyada məşhur «Hər bir xalq layiq…

Tam mətn

Avropaya inteqrasiyamıza nə mane olur???

Avroatlantik məkana inteqrasiya əleyhdarları bir-birini əslində inkar edən arqumentlərdən həddindən artıq çox istifadə edirlər. Birincisi, Avropa Birliyinə inteqrasiyanın heç bir əhəmiyyəti yoxdur. Qoca Avropa əldən düşmüş əcaib bir məxluqdur. Bu gün də olmasa, sabah biz hamımız qoca Avropanın dəfnində iştirak edəcəyik. Bir sözlə, bizi inandırmağa çalışırlar ki,…

Tam mətn