Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Milli təhlükəsizlik, həqiqət və azadlıq

İki çox vacib və uzağa gedən nəticələri olacaq hadisə ətrafında bəzi fikirlərimi oxucularımla bölüşmək istəyirəm. Hal-hazırda Ankarada yaşadığım üçün tərəfkeşlik edib Türkiyədən başlayacam. Bu günlərdə Türkiyəyə, obrazlı desək, Tunqus meteoriti düşdü. Xarici işlər nazirinin, Baş Qərargah rəisi müavininin və Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin, yəni bizim təbirimizcə, milli…

Tam mətn

Obamaya qarğımaq istəyirəm

Allah şahiddir ki, kobud insan deyiləm. Hər halda peşəkar jurnalist həyatımda həmişə çalışmışam ki, heç kəsin ünvanına təhqiramiz ifadələr işlətməyim. Amma türklər demişkən, bəzən özünü saxlamaq o qədər də kolay deyil. Özü də ədəbi dilimizdə yeddi qatlı qarğış və söyüşlər olan yerdə. Unutmaq lazım deyil ki, qarğışlar və…

Tam mətn

Hərənin öz «kruq»u olmalıdır

Bir gün müəllim tənbəl şagirddən soruşur: — Bala, Səməd Vurğunu tanıyırsan? — Yox! — Cəfər Cabbarlını, necə, tanıyırsan? — Yox! — Heç olmasa Nizami Gəncəvini tanıyırsan? — Müəllim, yox! — Otur yerinə! Sıfır alırsan. Bu dəfə şagird müəllimə müraciət edir: — Müəllim, olar bir sual da mən verim?…

Tam mətn

Bir dəli bir quyuya bir daş atdı…

Harun ər-Rəşid həmişə Şeyx Bəhlulu məclisinə çağırtdırıb, onun hazırcavablığından zövqlənib əylənərmiş. Günlərin bir günü xəlifənin vəzirlərindən biri ələ salmaq məqsədilə Bəhlula deyir: — Muştuluğumu ver, Bəhlul! Əmirəlmöminin səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir. Bəhlul deyir: — Deməli, sən də mənim rəiyyətlərimdən birisən. Elə isə əmrimdə müntəzir dur!…

Tam mətn

Rusiya ilə dostluğun sonucu — Vətənə xəyanət

Rusiyaya bağlı hərbi birləşmələr Krımdakı strateji obyektləri, o cümlədən hərbi və mülki hava limanlarını nəzarət altına götürməyə başlayıb. Ukraynanın daxili işlər naziri baş verənləri təcavüz kimi dəyərləndirib. Söhbət Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları olduqları təxmin edilən «naməlum silahlı dəstələrdən» gedir. Ukrayna Ali Radasının spikeri və müvəqqəti olaraq…

Tam mətn

Kişilik dərsi

Məni bir sual narahat edir. «Şərəf» ordenimizin olduğunu çox yaxşı bilirəm. Bu ordenlə təltif olunanlar da, bildiyimə görə, az deyil. Amma Azərbaycanda bu ordenə layiq insanların olduğuna şübhəm var. Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun Yasamal rayonu, daha doğrusu, məşhur Sovetski sakinləri ilə görüşünü əks…

Tam mətn

İlkin günahdan can qurtarmalıyıq

Azərbaycan ümumi vergi bəyannaməsi tətbiqinə hazırlaşır. Amma maliyyə amnistiyası olmadan gəlirlərin bəyan edilməsinə keçmək olmaz. Bu barədə bu günlərdə Bakıda keçirilən «Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər » III vergi forumunda KİV üçün brifinqdə vergilər naziri Fazil Məmmədov danışıb. «Bu, bir çox prosedurların hazırlanmasını tələb edən böyük layihədir….

Tam mətn