Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

KÖLƏ OLMAQ İSTƏYİRİK

Mehman Əliyevin həbsini eşidəndə vaxtılə köləliyə qarşı çıxışlarına görə eyni taleyi yaşamış bir ABŞ yazıçısının  dediyi sözlər yadıma düşdü:”Köləliyin dəstəkləndiyi və rəsmiləşdirildiyi bir dövlətdə vicdanlı insan üçün ən şərəfli yer həbsxanadır”. Mehman Əliyev indi həbsxanadadır. Sözsüz ki, bütün dostları kimi mən də onu tezliklə azadlıqda görmək istəyirəm. Azərbaycanda rəsmən, yəni, Konstitusiyamıza görə, hər bir fərd azad olmağa “məhkumdur”.

Tam mətn

Padşahlıq arzusu ilə yaşamayın

İnsan allahlıq  iddiasında olmalıdır Bir çoxları deyəcəklər ki, bu Mirqədirov lap ağlını  itirib. İndi allahlıq iddiasındadır. Bir sözlə, allahsızlara qoşulub. Bir qədər  səbriniz olsun. Elə deyil. Amerikalı rejissor Oliver Stounun Putin haqqında çəkib başa vurduğu  sənədli filmdə maraqlı bir səhnə var. Stoun “qeyri-məhdud hakimiyyətə” malik Putindən doğrudanmı “Rusiya çarı” olmaq istədiyini soruşur və “Əsas odur ki, malik olduğun hakimiyyətdən  düzgün istifadə edəsən”,- cavabını alır. Düşünürəm ki, məntiqi olduğu qədər də qeyri-səmimi cavabdir.

Tam mətn

ALLAH DA VAR, O DA FIRLANIR

Və ya “xoşbəxtlik” sözünün qafiyəsinin axtarışları haqqında Keçən ayın ortalarında dostlarımdan biri ilə WatsApp-la danışırdım. Yalan deyil. Düz sözümdür. Sadəcə olaraq, dostum Bakıda deyil, Pekində idi. Birdən yadımıza düşdü ki, dostum Bakıda olsaydı, danışa bilməyəcəkdik. Təsəvvür  edin ki, totalitar kommunist rejiminin hökm sürdüyü Çinin paytaxtı Pekindəki dostumla WatsApp-la danışa bilirəm, amma Konstitusiyasına görə demokratik  respublika və Avropa Şurasının üzvü olan Azərbaycanımızın paytaxtı Bakıdakı qohumlarımla yox. Bir sözlə belə çıxır ki,  totalitar Çin “demokratik” Azərbaycandan dünyaya daha açıqdır.

Tam mətn

Ərdoğandan yeni il nağılları

Keçən əsrin ortalarında Hindistanı milli-azadlıq hərəkatı bürümüşdü.  Qandi hərəkatının özünəməxsus cəhətlərindən biri ingilis mallarının boykotu idi.  İngilis mallarını hətta yandırırdılar, lakin nəticədə anladılar ki, keyfiyyətli və ucuz ingilis mallarının boykotu ən  səmərəsiz mübarizə vasitəsidir. Yəni başları daşdan-daşa dəyəndən sonra ağıl illüziyaya, iqtisadiyyata nağılvari baxışa qalib gəldi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Sovet İttifaqında bir rublun dollara  qarşı rəsmi məzənnəsi təxminən 70 qəpik idi.

Tam mətn

TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR və ya Dərviş Məstəli Şahın Ankara sərgüzəştləri

Bilirəm ki, bu məqalədən sonra məni millətə xəyanətdə, bütün türkləri təhqirdə  ittiham edənlər tapılacaq. Amma nə edim. Susa bilmirəm. Vallah, billah istəyirəm susum, danışmayım, bacarmıram. Bu milləti sevdiyim üçün bacarmıram. Məni çoxdan bir sual narahat edir. Nə qədər axtarıram cavabını tapa bilmirəm. Başa düşə bilmirəm ki, nə üçün bizlər, yəni özünü türk adlandıranlar, qabaqcıl millətlər arasında özümüzə yer tapa bilmirik?! Bizim başqa millətlərdən nəyimiz  əskikdir?  Özü də söhbət heç də Azərbaycan türklərindən getmir.

Tam mətn

İTKİN DÜŞMÜŞ TÜRKİYƏ

  Uzunmüddətli perspektivə hesablanmış aydın daxili və xarici siyasəti olmayan dövlət təlatümlərlə üz-üzə qalmalıdır   Minotavr (“Minos öküzü”) başı öküz başı, bədəni insan bədəni olan bir varlıqdı. Minotavrı qəhrəman Tesey öldürmüşdü. Onun haqqındakı qəribə rəvayətlər qədim Krit sivilizasiyasının keçmiş şöhrətinin qalıqlarından yaradılıb. Rəvayətə görə, bu labirint Dedal tərəfindən Minotavrı burada həbs etmək üçün yaradılıbmış. Riyazi cəhətdən bu labirintdən çıxış yolu tapmaq şansı çox azmış. Dedal psixoloji amillərdən elə məharətlə istifadə edibmiş ki, labirintdən çıxmaq imkanı sıfra bərabərmiş.

Tam mətn

«Dava-dava» oyunu, Hitler və Putin

Uşaqlıqda hamı kimi mən də yaşıdlarım ilə «dava-dava» oynamağı xoşlayırdım. Heç kim «faşist» olmaq istəmirdi. Özü də bunun «dava»da kimin qalib gələcəyi ilə heç bir əlaqəsi yoxdu. Gerçəkdən fərqli olaraq, bizim «uşaq müharibələrimizdə» faşistlər də qalib gələ bilərdilər. Bütün oğlanlara xas qalibiyyət hissi belə nə məni, nə də…

Tam mətn