Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Meymunların qiyamı

Ötən həftə diqqətimi çəkən bir çox hadisələr baş versə də, ikisi baş verdiyi məkanlarda elan olunanlarla heç cür uyuşmur. Məsələn, Putin gah batiskafla Baltik dənizinin dibinə enir, gah da Tuva vilayətində balığa gedib 23 kiloluq durna balığı tutur. Birini qoyub o birisinə keçim. Bu gün də oxudum ki,…

Tam mətn

Nifrət içində

1969-cu ilin iyulunda yazıçıların Krımdakı Koktebel yaradıcılıq evində dincəlirdik. O zaman 12 yaşım olsa da, həmin ay mənim yaddaşıma bir neçə hadisə ilə həkk olunub. İnsan ayağının Aya ilk və hələ ki sonuncu dəfə dəyməsi, Heydər Əliyevin Azərbaycan KP MK-ya I Katib təyin edilməsi və 6 yaşlı erməni uşağının…

Tam mətn

Əyyaşlıq

Frankfurter Allgemeine Zeitung yazır ki, Kremlin içki içməyən sahibi Putin ölkəsində mübarizə etməyə yeni obyekt tapıb və bu mübarizənin ilk təzahürlərindən biri 13 ildir ki, vaxtilə şərabçılığın 100 illiyi şərəfinə 3 metr hündürlüyündə ucaldılmış gümüşü rəngli şərab şüşəsinin durduğu kürsiyyədən aşırılmasıdır. Demə, həmin «butılka» hökümətə spirtli içkilərlə mübarizə aparmağa…

Tam mətn

Yakudza

Sabah Mətbuat Şurasının VI qurultayı keçirilməlidir. Sabah yazmağımı səhv kimi qavramayın, çünki yazını qurultaydan bir gün əvvəl yazmağa başlamışdım. Nə vaxt bitirəcəyimi isə bilmirəm. Bəlkə də onun son nöqtəsini qurultaydan sonra qoyacam. Hələliksə, qurultay sabah olacaq… 10 il əvvəl Mətbuat Şurasının təsis qurultayında Azərbaycan Jurnalistlər Birliyinin sədri, ağsaqqalımız Hacı…

Tam mətn

Ərəb payızı

Misir ordusu hakimiyyəti ələ aldığını elan edər-etməz prezident Məhəmməd Mursi tərəfdardarlarına səslənərək vəzifəsindən getmək fikrində olmadığını bildirdi və onları çevriliş edən orduya qarşı itaətsizliyə çağırdı və Təhrirə toplaşan əleyhdarlarıyla Adeviye meydanında kükrəyən tərəfdarlarını qarşı-qarşıya qoydu. Misir vətəndaş savaşı astanasındadır. Beləliklə, «ərəb baharı» rüzgarıyla hakimiyyətə gələn Məhəmməd Mursi elə xalq…

Tam mətn

Mədəniyyətilə vidalaşan ölkələr

Keçən həftə Die Welt qəzeti Harri Kasparov və Sergey Quriyevin Rusiyadan baş götürüb getmələri barədə yazmışdı. Kasparovun kimliyini Azərbaycanda bilməyən çətin ki, tapılsın. İstədik, istəmədik, bakılıdı. Özü də onun dünya çapında bir şahmatçı olmasında bu millətin böyük haqqı var. Bir sözlə, şahmat üzrə Bakıdan çıxan ilk və hələ ki…

Tam mətn

Kabab yeyən toplum

Bu yaxınlarda oxudum ki, millət son 10 ildə balacalaşıb. Hündürboy azərbaycanlıların sayı bu müddət ərzində statistikaya gələcək dərəcədə azalıb. Keçən il millətin boyu ortalama 167,1 sm, kişilərdə 170,6 sm, qadınlarda isə 163,9 sm olub, yəni son 10 ildə boyumuz 0,5 sm azalıb. Abrımızı qadınların boy göstəriciləri örtür, yoxsa dünya…

Tam mətn