Azadlıq oğurluğuna iki manatlıq şəriklik…
Hardasa, bir ilin söhbətidir, ilahiyyatçı Taleh Bağırzadə ilə birlikdə hakim qarşısına çıxarılanlardan biri dövlət hesabına təyin olunmuş vəkilin üzünə tüpürüb, onu zaldan qovmuşdu. “Belə vəkil olar?! Bu adam “banditizm”dəkilərə qoşulub məni döyürdü”, – müdafiəçiyə qarşı aqressiyasının səbəbini belə izah eləmişdi… Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə planlaşdırdığı dəyişikliklər haqda oxuyanda bu hadisə yadıma düşdü. Ali Məhkəmə parlamentə dəyişiklik layihəsi göndərib.
Bölüm: Cəmiyyət