İslahatdan çıxmaq
Nelson Mandelanın kiçik oğlu Tembekile avtomobil qəzasında həlak olanda onun atası hələ həbsxanadaydı. Ömrünün 27 ilini cənubi afrikalıların azadlığı üçün dəmir barmaqlıqlar arasında keçirən Madibaya dəfndə iştirak eləməyə icazə vermədilər. O, böyük faciəsini təkadamlıq kamerada kədərli sükutla yaşamışdı… “İslahatdan çıxmaq” ifadəsi nəsə yaddaşımın dərin qatında yer alıb. “Nə haqda deyirdilər onu?” sualı ilə özümü bir az yordum. Sonra xatırladım. Yaşlı adamların leksikonundan yaddaşımda ilişib qalmışdı. Nəsə sıradan çıxırdısa, ələgəlməz olurdusa, “islahatdan çıxıb” deyirdilər.