Balanı şərləməyə məcbur eləyən bəla
Hər dəfə narkomaniya haqda nəsə eşidəndə və ya oxuyanda anamın doğulduğu rayondakı həkim yadıma düşür. Təsəvvür edin, adam narkoloq idi, amma özü də narkotikə qurşanmışdı. Müalicə elədiyi xəstələrin yenidən zərərli vərdişə qayıtması onu özündən çıxarırmış. Deyirmiş ki, axı bu nədi ki, onun əlində aciz qalıblar? Axırda qərara gəlib ki, öz üzərində sınaqdan keçirsin, bu yola düşüb, sonra geri qayıtmağın mümkünlüyünü özünə də, başqalarına da sübut eləsin. Və beləcə, özü də narkomaniyanın növbəti qurbanına çevrilib.