Aytən Məmmədova

75 mindən baha olan cəsarət…

Noyabrın əvvəllərində “Mançester Yunayted” futbol klubunun serb yarımmüdafiəçisi Nemanya Matiç “Bornmut”la oyunda komandanın geyimindən imtina eləyəndə hamını təəccübləndirmişdi. Matiç NATO missiyasında iştirak eləmiş britaniyalı əsgərlərin şərəfinə futbol köynəyinə taxılmış laləyə görə belə davranmışdı, səbəbini də gizlətməmişdi:“Siz mənim ölkəmi bombalamısınız…” Matiç dünənin, srağagünün futbolçusu deyil, neçə illərdir Avropa klublarında forma geyinir. “Çelsi”də, “Benfika”da oynayıb, üstəlik, Serbiya milli komandasında müxtəlif beynəlxalq yarışlarda 50-yə qədər oyun keçirib.

Tam mətn

1000 manatlıq qatillər

Reyhan Məmmədovanın rəngbərəng dünyasını bir məsuliyyətiz sürücü darmadağın etdi. Keçən ilin yayında 22 yaşlı qız avtomobil zərbəsindən yerindəcə keçinmişdi. Təsəvvür eləyin, sürücü Zığ şossesində onu elə piyada keçidinin üzərində vurmuşdu. Reyhanın anası yana-yana eyni sözləri təkrar edirdi: “Axı mənim qızım yolu düz keçmək istəmişdi…” Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olmuş Reyhan Məmmədovadan danışıram. Onun həyatına son qoyan isə 55 yaşlı Əlifağa Məmmədov idi. Məhkəmədə danışanda çox peşman olduğunu dedi.

Tam mətn

Arı da kasıbı sancır…

Yəqin ki, Ron Vudruf adı sizə heç nə demir. ABŞ-ın Texas ştatında doğulan elektrik ustası, “Dallaslı Alıcılar Klubu”nun yaradıcısı… Ron 35 yaşına qədər sıradan həyat keçirmişdi. QİÇS-ə yoluxmaq hər şeyi dəyişdi. Xəstəxanada ona dedilər ki, uzağı bir ay yaşayar. Vudruf razılaşmadı. Vuruşdu. Təkcə həyatda qalmaq üçün yox, həm də səhiyyə sisteminə qarşı. QİÇS xəstələrinin qadağan olunmuş lazımi preparatlardan istifadəsi üçün vuruşdu. Polis, məhkəmə qarşısında dayandı, amma təslim olmadı. Vudruf deyirdi:“Mən onsuz da əvvəl-axır öləcəm.

Tam mətn

Nasar və biz

Şəhərdə Santyaqo Nasarın özündən başqa hamı onun öldürüləcəyini bilirdi. Pıcıldaşırdılar, müzakirə edirdilər, halına acıyırdılar, amma biri çıxıb ona gözlənilən fəlakəti demirdi. İnanmayanlar vardı, düşünürdülər ki, yox, bu qədər də olmaz. Heç kim özündən asılı olanı eləmirdi. Fəlakət baş verdi, Nasar öldü. Halbuki, görüntü başqaydı: hamı bir nəfər kimi onun qurtulmasını istəyirdi. Ancaq bir addım atılmadı. Cəmi bir addım… Sanki Qabriel Qarsia Markes “Gözlənilən bir qətlin tarixçəsi” əsərini bizim ölkə, bizim cəmiyyət haqqında yazıb. Əsərin fəlsəfəsi böyükdür.

Tam mətn

Bumeranq

Nisbətən orta nəsildə Serjio Korbuççinin “Robinzon Kruzo” komediyasını xatırlamayan yoxdur. Orada bir kadr var: Robinzon bumeranqı mümkün qədər uzağa tullayır, amma azacıq keçən kimi vıyıltı səsi eşidir və başından zərbə alır. Bir neçə dəfə belə eləyir, amma bumeranq zərbəsindən canını qurtara bilmir. Hətta qaçıb gizlənmək də kara gəlmir… Son vaxtlar hökumət təmsilçiləri söyüşdən, təhqirdən gileylənəndə həmin kadrı xatırlayıram.

Tam mətn

Azərbaycan Almaniyaya köçür

Avropa səfərlərinin birində dostlarla söz mühacirlərdən düşdü. Bir qız haqda danışdılar. Almaniyaya gəlib oturum ala bilməyib, əyalətdə kiçik qəsəbədə tənha yaşayırmış. İş tapa, həyatını qaydasına sala bilmir. Dövlətin verdiyi vəsaitlə dolanmağa çalışırmış. Psixoloji vəziyyəti alt-üst olub, əsəbləri korlanıb. Dostlardan biri ona Berlində restoranda iş tapıb, amma orada üç gün tab gətirib… Statistika yayılıb, açığı, həmin rəqəmlər mənə az göründü. Keçən il təkcə Almaniyaya 3030 azərbaycanlı sığınacaq üçün müraciət eləyib.

Tam mətn

Maradona və Həcc ziyarəti

Təxminən eyni vaxtda iki xəbər oxudum: Həcc ziyarətinin qiyməti və 9 yaşlı Yusifin ölümü. Elə bu yerdə argentinalı futbol ulduzu Dieqo Maradonanın Roma Papası haqda fikri yada düşür. O, müsahibələrinin birində deyirdi:“Bəli, Roma Papasına qarşı çıxdım. Vatikana gəlib qızıldan damları gördüm. Sonra isə eşitdim ki, Roma Papası aclıq çəkən uşaqlara görə narahatdı. Lənət şeytana, qızıldan damı sat, uşaqları xilas elə — dedim”. Yusif Bəşirzadə xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi. Dəfələrlə müalicə olunmuşdu. Əməliyyata ehtiyacı vardı.

Tam mətn