75 mindən baha olan cəsarət…
Noyabrın əvvəllərində “Mançester Yunayted” futbol klubunun serb yarımmüdafiəçisi Nemanya Matiç “Bornmut”la oyunda komandanın geyimindən imtina eləyəndə hamını təəccübləndirmişdi. Matiç NATO missiyasında iştirak eləmiş britaniyalı əsgərlərin şərəfinə futbol köynəyinə taxılmış laləyə görə belə davranmışdı, səbəbini də gizlətməmişdi:“Siz mənim ölkəmi bombalamısınız…” Matiç dünənin, srağagünün futbolçusu deyil, neçə illərdir Avropa klublarında forma geyinir. “Çelsi”də, “Benfika”da oynayıb, üstəlik, Serbiya milli komandasında müxtəlif beynəlxalq yarışlarda 50-yə qədər oyun keçirib.