İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

BALACA QIZIN EV TAPŞIRIĞI

Bir kompyuter oyunu vardı. 1972-də Atari tərəfindən hazırlanmışdı. “Pong” stolüstü tennis oyunu idi, ekranda iki düzbucaq və bir nöqtədən başqa heç nə yoxdu. Onu indiki yeni nəsil oyunlarla müqayisə edəndə çox gülməli görünür. 3D simulyatorlu oyunlardakı görüntüləri realdan ayırd etmək çətindir. Artıq reallıq simulyasidan, kopiyadan fərqlənmir — reallığın daha real kopiyaları kimi bir durum var ortada. Ehtimal ki, hansısa yüksək inkişaf etmiş bir mədəniyyət bu yolu çoxdan keçib və bizim dünyamız onun eksperimentlərindən biridir.

Tam mətn

ÜÇ VAQİF və VİLLİS KONOVER

Çoxları kimi mən də cazı ikiyə ayırmışdım – Vaqifə və digərlərinə. 10-cu sinifdə oxuyurdum, bir gün hamı yatandan sonra məktub yazdım. Vaqif Mustafazadənin “Mart” kompozisiyasının efirə verilməsini xahiş etdim. Aylardan da elə mart idi. Zərfin üstünə “Amerikanın səsi, Caz saatı” yazıb göndərdim Vaşinqtona. Və bir aprel axşamı qulaqlarıma inanmadım – verilişin aparıcısı proqramda “İndi isə Bakıdan gənc dinləyicimiz İbrahim üçün” deyərək adımı çəkdi.

Tam mətn

HEYVANXANADA YAŞAMAQ

İnsanoğlu ağlı kəsəndən göylərdə öz bənzərini arayıb. Bəzi düşüncə adamları “Başqa planetlərdə yaşayanlar bizi çoxdan tapıblar” deyərək onsuz da sirli olan Yaradılış və Həyatı daha da sirli qılıblar. Qəribə məxluqdur insan – bəzən sualın cavabını tapmaqdan mutlu ola bilmir. Parisdə “Cité des Sciences et de l’Industriem” adlı bir elm muzeyi var. Burada toplanan “Dünya Xaricindəki Həyatla Mesajlaşma” (Messaging Extraterrestrial Intelligence-METI) adlı layihə çərçivəsində araşdırmaçılar belə bir qənaətə gəliblər – Bizi heyvanxanada saxlayırlar.

Tam mətn

DOLMA VƏ SİLİKON

Dünyanın ən böyük “Apple” mağazalarından birinin yanındakı kafedəyəm. Görüşəcəyim dostum gecikir. Gah telefonda nəsə oxuyur, gah da mağazaya girən müştəriləri incələyirəm. Çoxu 20-30 yaşında gənclərdir. Modern texnologiyalar həyatlarının ayrılmaz hissəsidir. Smart telefon və sosial şəbəkələrdən istifadəyə görə türk gəncləri dünyada ilk sıralardadırlar. İqtidar partiyası Bələdiyyə seçkiləri ərəfəsində Yenikapıda son İstanbul mitinqini keçirir. Yollar tıxacdır, dostumu gözləyərkən telefonda gözümə Embry Tech adlı bir startap haqda xəbər sataşır.

Tam mətn

AH BU DAHİLİK MANİYASI

(SİDİKLİ BİR ESSE – 2) “Ah bu çalma və saqqallar — ancaq kəsmək, doğramaq üçün yaşayan kəllənin uniforması. Ona görə doğramırsan ki, İslam insan təsvirinə qadağa qoyub, həm də ona görə ki, üzlərini qırxmadıqları üçün hər kəs bir-birinə oxşayır. Öldürəndə itki də hiss olunmur — doğra getsin. Doğrayıramsa demək ki, varam”. 1987-ci ildə “Çoxşaxəli yaradıcılığındakı iti düşüncə və dərin poetikasına” görə Brodski  ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. O, bu yüksək adı alan sonuncu rus-sovet ədəbiyyatçısı oldu.

Tam mətn

AH BU OSMANLAR, MEHMETLƏR, MURATLAR

(SİDİKLİ BİR ESSE – 1) “Şərqin dəhşət və sərsəmləməsi. Asiyanın tozlu fəlakəti. Yaşıl rəngi ancaq Peyğəmbərin bayrağında görmək mümkündür. Burada bığdan başqa heç nə çıxmır. Qaragözlü, axşama tükləri üçgünlük saqqal kimi uzanan bir diyardasan. Tonqal kömürləri sidiklə söndürülür burada. O qoxu! Ucuz tütün və tərli sabunun qatışığı”. İstanbula gələndə 45 yaşındaydı. İki il əvvəl anasını, bir il əvvəlsə atasını itirmişdi. Kremldəkilər Sovet İttifaqına dəfnlərə gəlməyə icazə vermədilər.

Tam mətn

Sarsaq çox zaman ağıllıdır

Axmağın biri bank soymaq istəyir. Tanınmamaq üçün üzünə limon suyu sürtür. Bu şəkildə üzünün görünməyəcəyinə inanır. Soyğun uğursuzluqla nəticələnir, adam yaxalanır. ABŞ-ın nüfuzlu Kornel universitetindən psixoloqlar professor Danninq və onun aspirantı Kryuger bu hadisədən ilham alaraq psixologiyaya yeni bir anlayış gətirirlər. Danninq-Kryuger (Dunning-Kruger) effekti koqnitiv təhrif sayılır. Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir, bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvlərini görmürlər. Bu da onlarda özləri haqda yüksək fikir formalaşdırır.

Tam mətn