Vətən qız övladını çoxarvadlı ərəbin ayağına niyə verməməlidir?
Əslində bunu məqalə yox, bir həmkarımın Facebook postuna şərh kimi yazmağa başlamışdım, amma belə alındı…Yəni həmişə kimi məqalə alındı… Həmin həmkarım Facebook-da yazırdı: “Dövlət vətəndaşına sahib çıxmalıdır! »Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.