Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Üç epizodda insan mənzərəsi

                                      bu mənzərənin əsas cizgisi insanın gözütoxluğu və öz nəfsinə hakim olmasıdır   Sahib kişi Zəngəzurdan qaçqın düşmüşdü, Abşeron bağlarında fəhləlik edib ailəsini dolandırırdı. Neçə il əvvəl bizim bağda yer belləməyə gəlmişdi, iş-gücü və hal-xasiyyəti xoşuma gəldiyindən dostlaşmışdıq.  Zirək, etibarlı və səmimi insan idi. Ünsiyyətcil olduğundan söhbətimiz də yaxşı tuturdu, onunla bir süfrədə oturmağın başqa ləzzəti vardı.

Tam mətn

Həqiqəti yazmaq hissi…

Rauf Mirqədirovun  jurnalist fəaliyyətinə retrospektiv baxış Bir vaxtlar çap olunduğu qəzetlər dayansa da, o dayanmayıb, əvvəlki kimi şövqlə yazır. “Zerkalo” və “Ayna” saytlarında yenə də maraqlı məqalələri gedir. Oxuduqca müəllifin üslubuna, onun düşüncə tərzinə və məntiqinə, təfəkkürünün dərinliyinə gizli olayların gün işığına çıxarılmasına heyran olursan. Mənbələrə istinadlar, müqayisələr, keçidlər, fərqli rakurslar, məntiqi mülahizələr adama ayrıca zövq verir.

Tam mətn

O medalın görünməyən üzü…     

və ya Cümhuriyyət-100 yubiley medalını niyə urvatsız edirlər? Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə  söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya.

Tam mətn

Süleyman Rüstəm Ankarada – “Əsri” məzarlığında

Sovet ideologiyasının alovlu çarçısı, kommunist xalq şairini bolşevizmin qatı düşməni olan M.Ə.Rəsulzadənin məzarı üstünə nə gətirmişdi? Yazının sərlövhəsi sizi çaşdırmasın. Bəli, şeirlərindən sosializmin acı şirəsi daman, bütün yaradıcılığı boyu marksizm-leninizm ideologiyasını sevə-sevə nəzmə çəkmiş Süleyman Rüstəm bu ideologiyanın düşməni, sovet sistemini tarixin ən qanlı, ən istibdad rejimi adlandırmış Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib. Özü də nə vaxt? Sovet dövlətinin qılıncının dalı-qabağı kəsdiyi, hələ dünyaya meydan oxuduğu 1968-ci ildə.

Tam mətn

Vətənimizin simayi-möhtərəmi

və Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin anadan olmasının 135 illiyinə *** 1955-ci il martın 7-də şaxtanın iliyə işlədiyi soyuq havada Ankaranın Əsri məzarlığında dərdli və üzücü bir hüzn hökm sürürdü. Səmadakı tutqun buludlar, sanki matəm içində imiş kimi ağır-ağır məzarlığa tərəf axışırdı. Azərbaycan Cümhuriyyətinin banisi, türk dünyasının böyük mütəfəkkiri, ədib və publisist, dünyanın müxtəlif yerlərinə səpələnmiş minlərlə azərbaycanlı mühacirin ümid yeri kimi baxdığı Məhəmməd Əmin Rəsulzadə burada son mənzilə yola salınırdı.

Tam mətn

Baş tutmayan bir “sui-qəsd”…

və bu “qəsdlə” bağlı aparılmış məhkəmənin doğurduğu suallar haqqında Yalan sıx meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o    qədər çətin olacaqdır.                                                                                        Anton Çexov (rus yazıçısı) Heç bir istedad yalanı həqiqətə çevirə bilməz. İstintaq və məhkəmə AzTV-nin keçmiş sədri Arif Alışanova, guya sui-qəsd edilməsi cəhdinə həqiqət donu geyindirməyə çalışdı, amma alınmadı. Bu tamaşada yalanlar dağ silsiləsi kimi yan-yana düzülsə də, onun gerçəkliyinə inanan olmadı.

Tam mətn

Azadlıq yolunda qalxan bir vuruş…

bu vuruşu niyə cəsurluq, qəhrəmanlıq və milli birlik rəmzinə çevirə bilmirik? Tarixdə baş vermiş istənilən hadisənin yaddaşlarda öz konkret adı, obrazı və dəqiq simvolları olur. Bu mənada 20 Yanvar faciəsinin şahidi və iştirakçısı olmuş insanların şüurunda o hadisələr təkcə sovet ordusunun Bakıya amansız basqını, cəza dəstələrinin silahsız insanları gülləbaran etməsi, gecənin bağrını yaran yaylım atəşləri və tank tırtıllarının qorxunc səsi ilə yadda qalmayıb.

Tam mətn