Muəllif:

Rusiya bizə döyüş təyyarələri satmaqdan imtina edib

Rusiya ermənilərin səyi nəticəsində Azərbaycana döyüş təyyarələri satmaqdan imtina edib. Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslərin səyləri nəticəsində Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Təyyarəqayırma Korporasiyasının, eləcə də MiQ və Suxoy şirkətlərinin rəhbərliyində təmsil olunan erməni əsilli şəxslərin səyləri nəticəsində Rusiya ilə Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Rusiya Azərbaycana YaK-130 tipli təlim təyyarələri istisna olunmaqla, döyüş təyyarələri satmaqdan imtina edib.

Hazırda Azərbaycan hökuməti aviaparkın yeni döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində alternativ istiqamətlərdə danışıqlar aparır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152