Muəllif: İbrahim Nəbioğlu

JÜL VERN və RAMAZAN AYI

Jül Vern »Aya Səyahət» romanını 1865-də yazıb. İnsanoğlunun Aya ayaq basmasından 104 il əvvəl. Uşaq kitabı sayılsa da hər yaş üçün maraq doğuran qeyri-adi gözəllikdə elmi-fantastik əsərdir. Uşaqlığımı bu kitabsız təsəvvür edə bilmirəm. Məktəbli ikən üç adamın Aya göndərildiyi hissəni oxuyanda ürəyimin necə həyəcanla döyündüyünü hələ də unutmamışam. Bu kitabı oxumadan, onun qəhrəmanlarının yaşadıqlarını yaşamadan uşaqlar yeniyetmə çağına ləng keçirlər deyə düşünürəm.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

AXMAĞIN BİRİ, AXMAQ…

Hər bir yazıçının xüsusi həyəcan keçirdiyi bir məqam var. Onunçün zaman və məkan iki hissəyə bölünür. Biri, əsərini yazandan əvvəlki, biri də sonrakı. İzah edim. “Yad dildə” romanım yazılmamış İçərişəhər, Şirvanşahlar Sarayı, Nizaminin, Natəvanın heykəli, “Azərbaycan” kinoteatrı, Qoşa Qala qapısı mənimçün adiydi. Roman nəşr olunandan bir xeyli sonra gecə vaxtı yolum təsadüfən oralardan düşdü. Gözümə və özümə inana bilmədim. Sanki tanıdığım yerlərə yox, Məlikməmmədin nağılını oxuyandan sonra düşdüyü yeraltı dünyaya düşmüşdüm.

Tam mətn
Muəllif: Arif Əliyev

Üç roman: ikisi Ramiz Rövşənin, biri…

Ramiz Rövşən görmədiyim, eşitmədiyim bir şeirini oxudu. Allahın tale yazısını korlaya-korlaya özünə təzədən ömür kitabı yazan adam haqqında. Şeirin adı «İki roman» idi. Hamı qulaq asır, eyni zamanda hərə xəyalında öz alaçiy, adını qoymağa hələ ürək eləmədiyi «həyat romanı»nı vərəqləyirdi və axırda gül kimi materialı zay etdiyi üçün Tanrıdan əfv diləmək istəyirdi. Lap Ramizin «şeir adamı»tək! İlahi, çox yoxları var sanıb sənin yazdıqlarına düzəlişlər etməsəydik, əsərlərin nə qədər gözəl olardı!

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Bu ilin ən yaxşı idmançılarının adları açıqlandı

İlin ən yaxşı idmançılarının adları açıqlanlı. Mərasim “Buta” sarayında idi. İlin ən yaxşı 20 idmançısı mükafatlandırıldı. Onların adları: London Yay Olimpiya oyunlarının mükafatçıları – çempionlar Toğrul Əsgərovla Şərif Şərifov, gümüş medalçılar Rövşən Bayramov, Mariya Stadnik, bürünc mükafatçılar Valentin Xristov, Emil Əhmədov, Xetaq Qazyumov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Yulkiya Radkeviç, Paralimpiada…

Tam mətn