İnsanın zəfəri
İnsanın zəfəri Yıxıldığı zaman ayağa qalxmasıdır İl 2020, ay oktyabr. Nəfəsim daraldı və büdrədim. Nə qədər çalışsam da, tarazlığımı saxlaya bilmədim və arxası üstə yerə dəydim. Qulağıma küy, burnuma və ağzıma daş-kəsək dadıyan torpağın tozu doldu. Keyləşdim. Bir anlıq çaşqınlıqdan sonra dirsəklənib yerdən qalxanda ovcumun altında nəsə dəmir bir şey hiss etdim. Soyuğu iliyimə işlədi. Ehtiyatla əlimi qaldırıb yerə baxdım.