Muəllif:

Məktəb direktoru sol bilək damarlarını doğrayıb

Hadisə Göygöl rayonunda baş verib. Bu dəfə intihara cəhd edən böyük bir şagird kontingentinin tərbiyəsinin etibar edildiyi şəxsdir.Göygöl rayonunun Yeni Qızılca Stansiyası kənd orta məktəbinin direktoru son zamanların populyar özüz asmaq üsulundan imtina edib — damarlarını kəsərək intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata məktəb direktoru, 49 yaşlı Fəxrəddin Abbasov sol biləyinin dərin kəsilmə diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Qan itirən xəstəyə tibbi yardım göstərilib və onu həyata qaytarmaq mümkün olub (APA).

Məlumata görə, məktəb direktoru olan Gəncə şəhər sakini Fəxrəddin Abbasov işlədiyi orta məktəbdə iş otağının qapısını bağlayaraq intihar etmək istəyib. Bu məqsədlə sol bilək damarlarını kəsib. Qapını qırıb içəri daxil olan məktəbin işçiləri onu dərhal xəstəxanaya çatdırıblar. Göygöl Polis Şöbəsində faktla bağlı araşdırma aparıldığı deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135