Muəllif: Zülfüqar Rüfətoğlu

Ana dilimizi, indi də analardanmı qoruyaq?

Bakı London təyyarəsi ilə uçuram. Salonun yarısı Londona, deyəsən yay məktəbində ingilis dilini öyrənmək üçün gedən azərbaycanlı yeniyetmələrdir. Səsləri aləmi bürüyüb. Elə buna görə də onların hamısının bir-birilə yalnız rusca danışmaqları başqalarının diqqətindən yayınmır.

Tam mətn
Muəllif: Admin_ayna

GƏLİN İCTİMAİYYƏTİ, DÖVLƏTİ BU QƏDƏR ALDATMAYAQ

VƏ AZƏRBAYCAN ELMİNİ DÜNYAYA BELƏ GÜLÜNC ETMƏYƏK   Nuridə Atəşi Bu yaxınlarda Heydər Əliyev Mərkəzinin rəsmi bir məlumatı bütün ölkə mətbuatına və sosial şəbəkələrə yayıldı.“Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub“. Bəzi şəxslər bu dəfə yenə mətbuatı, elmi ictimaiyyəti,Heydər Əliyev mərkəzini aldadaraq köhnə materialları, həm də  Xocalı-Gədəbəy mədəniyyətinə heç bir dəxli olmayan qızıl əşyaları „Xocalı-Gədəbəy mədəniyyəti“ adı ilə ictimaiyyətə, dövlətə və Heydər Əliyev mərkəzinə sırıdılar.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

SƏN SAYDIĞUVU SAY, BAYRAM…

Bayram Kürdəxanılı öldü. Onu maşın vurub öldürdü. Bəs bizim bayramlar niyə öldü? Onları kim vurdu, nə vurdu? Həm bilmirəm, həm bilirəm. Siz də bildiyinizi bilin. Onsuz da mən hamının bildiyindən artıq heç nə bilmirəm. Bildiyim bizim kənddə bayramın necə ölməsidi. Onu dəqiq xatırlayıram. O günə kimi Novruzda dərsdən sonra uşaqlar, işdən sonra isə yaşlı-başlı kişilər kəndin ana küçəsinə, babamgilin tuşundakı açıq meydana yığışar, yumurta çaqqışar, yumurtahellətdi, küləbasdırma, təkmənəcüt oynayar, onların bizə qoşulması bayramımızı birə on artırardı.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

İNDİ DƏ MİSİR FİRONLARININ TÖRƏMƏLƏRİ OLDUQ?..

Yazının iddiası elə də böyük deyil: bir az gələcək, bir az da bu konteksdəki yalan təsəvvürlərimiz haqqında danışmaq istəyirəm. Özü də çox qısaca – odur ki, narahat olmayın, sizi Yeni il ərəfəsindəki daha vacib işlərdən çox da ayırmayacam. Əslində gələcək fərd olaraq insanlara yaxşı heç nə vəd etmir, hərçənd, bütün insanlar özlərilə bağlı ən xoş məqamları gələcəyə ünvanlayır, bütün planlarını onunla əlaqələndirirlər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

BU ÖLKƏDƏ DOST QATİLİ OLMAQ…

— Daha dözə bilmirəm. Maşınımı, krediti hələ tam bitməmiş evimi, bütün əşyalarımı, mebelimi, nəyim varsa hamısını satıb gedirəm, baş götürüb qaçıram bu ölkədən. Gəl, sən də daşı ətəyindən tök, birgə gedək! — … — Biz bir gün görmədik, barı uşaqlarımız görsün, insan kimi yaşamağın nə olduğunu bilsin, bilsin ki, dünyaya niyə gəlib! Niyə? Ona görə gəlib ki, bu dünyada adam kimi yaşayıb, həyatdan zövq alsın, ömür başa çatanda da, gözü arxada qalmadan çıxıb getsin. Hə, nə deyirsən?

Tam mətn
Muəllif: Aytən Məmmədova

75 mindən baha olan cəsarət…

Noyabrın əvvəllərində “Mançester Yunayted” futbol klubunun serb yarımmüdafiəçisi Nemanya Matiç “Bornmut”la oyunda komandanın geyimindən imtina eləyəndə hamını təəccübləndirmişdi. Matiç NATO missiyasında iştirak eləmiş britaniyalı əsgərlərin şərəfinə futbol köynəyinə taxılmış laləyə görə belə davranmışdı, səbəbini də gizlətməmişdi:“Siz mənim ölkəmi bombalamısınız…” Matiç dünənin, srağagünün futbolçusu deyil, neçə illərdir Avropa klublarında forma geyinir. “Çelsi”də, “Benfika”da oynayıb, üstəlik, Serbiya milli komandasında müxtəlif beynəlxalq yarışlarda 50-yə qədər oyun keçirib.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Xəyanətin qədim, unudulmuş adı…

Əvvəlcə bir kişi xəyanətinin xəbəri gəldi: qadın xəyanət edən ərinin kişiliyini kəsib… Sonra qadın xəyanəti ilə bağlı xəbər və video! Kişinin iddia etdiyinə görə, gənc, yaraşıqlı qadını kiminləsə görüşüb, kişi bilib, ya hadisə üstündə yaxalayıb, bu anlaşılmır, qadını eşşək sudan dönənə qədər döyüb, saçını qırxıb, söyə-söyə videoya çəkib, öz psevdokişi aləmində qadından, ona tərbiyə verən valideynlərdən, onun bütün nəslindən, yeddi arxadönənindən qısas alıb, kişi eqosunu təmin edib.

Tam mətn