2015-ci ilin 1noyabrında həm Azərbaycan, həm də Türkiyədə Parlament seçkləri keçirilirdi. Və həmin gün azərbaycanlıların əksəriyyəti ekranların qarşısına keçdi, sandıqların açılmasını səbirsizliklə gözləməyə başladı… amma Türkiyədə.
Nelson Mandelanın kiçik oğlu Tembekile avtomobil qəzasında həlak olanda onun atası hələ həbsxanadaydı. Ömrünün 27 ilini cənubi afrikalıların azadlığı üçün dəmir barmaqlıqlar arasında keçirən Madibaya dəfndə iştirak eləməyə icazə vermədilər. O, böyük faciəsini təkadamlıq kamerada kədərli sükutla yaşamışdı… “İslahatdan çıxmaq” ifadəsi nəsə yaddaşımın dərin qatında yer alıb. “Nə haqda deyirdilər onu?” sualı ilə özümü bir az yordum. Sonra xatırladım. Yaşlı adamların leksikonundan yaddaşımda ilişib qalmışdı. Nəsə sıradan çıxırdısa, ələgəlməz olurdusa, “islahatdan çıxıb” deyirdilər.
Səmimi şəkildə boynuma alıram ki, xora qoşulmağı, xoru dinləməyi yox, durub ta bitənəcən kənardan izləməyi, ara səngiyəndən, tozanaq yatandan sonra o haqda düşünməyi xoşlayıram. Xoru izləmək, xordakıların ağızlarını bir-bir müşahidə etmək gerçəkdən çox əyləncəli işdir. Hətta elə olur, özünü saxlamağı bacarmayıb qoşulmaq, sən də nəsə səs çıxarmaq istəyirsən, ancaq bütün gücünü, iradəni sərf edib özünü ələ alır, yenə də izləməyə davam edirsən. Elə ən zövqverən məqam da budur. Özünü saxlaya bilmək.
Prezident əfv sərəncamı imzaladığı gün müxalifət təşkilatlarından birinin nümayəndəsi ilə söhbət edirdik. Həmin gün sosial şəbəkələrdə, mediada prezidentə edilən təşəkkürlər, minnətdarlıqlar daha çox yer alırdı. Bu əfv sərəncamı ilə adı siyasi məhbus siyahısında olan nə az-nə çox düz 52 insan haqqı olan azadlığına qovuşacaqdı. Və ilk dəfə idi ki, bu qədər siyasi məhbusun azadlığına vəsilə olacaq sərəncam imzalanmışdı.
Bu yazı işıq üzü görəndə bəlkə də bir az gec olacaq, amma mən bu sətirləri yazanda diqqətlər birmənalı şəkildə Qazaxıstana yönəlmişdi və dərhal etiraf edim ki, MDB məkanında belə maraq və hətta təəccüb sonuncu dəfə Rusiya prezidenti Boris Yeltsin istefa verərkən yaşanmışdı və indiki kimi yadımdadır ki, o vaxt mən bu xəbəri bir nəfərə çatdıranda onun ilk reaksiyası belə oldu ki, nə danışırsan, Yeltsin də istefa verərmi?
Bir dəfə dostlarıyla söhbətdə özünün bitib-tükənməz qayğılarının yaradıcılığına mane olmasına işarə edərək Dostoyevski demişdi: “Mən də qraf Tolstoy kimi təmin olunmuş biri olsaydım, bəlkə 100 il sonra da məni oxuyardılar”. Bu cümlədə Dostoyevskinin bütün iztirabları, əsil istedad sahiblərinə xas olan şəkildə öz əsərlərinin səviyyəsinə şübhə və inanmsızlıqla yanaşması bütün kədəriylə ifadə olunub. Onun az qala ağlayaraq dediyi bu söz indi bizə gülməli gəlir, bax a, yəni doğrudanmı bu sözü Dostoyevski deyib?
Rayonlarımızdan birində xəstəxananın cəmi iki təcili yardım maşını var. Deyir, maşınlar nə gündədirsə, bir çağırışa gediblər, xəstə maşını görüb, deyib ki, siz gedin, mən taksiylə gələrəm xəstəxanaya. İndi bizim umudlarımız elə gündədir ki, istəyirsən deyəsən, sən öz başının çarəsinə bax, biz özümüz birtəhər yaşarıq, daha doğrusu, ölərik… “Şair, yazıçı, rəssam, elm adamı ac olar, məşəqqət, əzab-işgəncə içində yaşar” fikri nə vaxt beynimizə yerdilib, bilən varmı? Onu bizim ağlımıza kim soxub?