Muəllif: Hüseynbala Səlimov

BİZ MÜSƏLMANLAR TANRINI NİYƏ BELƏ EYBƏCƏRLƏŞDİRİRİK?..

   “…Tanrıya dedi ki, ən sevdiyin bəndə ilə məni görüşdür. Tanrı da buyurdu ki, filan yerə get, orada həmin adamı görəcəksən. Gəlib gördü ki, burada bir adam var, nə əlləri var, nə də ayaqları, hər ikisindən şikəst bir adamdır. Amma oturub Allaha dua edir. Ondan soruşdu ki, Tanrı səni bu hala salıb, niyə ona yenə də dua edirsən? Allahın sevimli bəndəsi isə qayıtdı ki: “Allahım mənə ona şükr etməkçün dil və ağıl verib.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

ATOM BOMBASI QƏDƏR QORXUNC…

Bir şeyi heç cür anlaya bilmirəm. Xristianlıqla islam, ümumiyyətlə, dinlər nəyi bölə bilmirlər? Dünyanı? Allahı? Yer kürəsini? Fəlakət ondadır ki, onlar dünyanı da, allahı da, Yer kürəsini də çoxdan bölüblər. Bölüm-bölüm. Parça-parça. Həm də elə bölüblər ki, yəqin, dünyanın sonuna qədər də birləşdirmək mümkün olmayacaq. “Pew Research Center”in 230 dövlətdə apardığı demoqrafik araşdırmaya görə, 6,9 milyardlıq Yer sakinlərinin 5,8 milyardı özünü inanclı sayanlardır.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

KİŞİLƏRİN QADINLARI TƏLƏYƏ SALDIĞI OYUN

Feminizm… Son dərəcə sadə ensiklopedik tərif: “(lat. femina – »qadın») — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat. İlk baxışdan son dərəcə sadə, əslində isə qadının özü qədər mürəkkəb, ağılla dərkedilməz bir şey. Rus şairi Fyodor Tütçevin 1866-cı il, dekabrın 10-da yazdığı bir şeir var: Умом Россию не понять, Аршином общим не измерить: У ней особенная стать — В Россию можно только верить. Şair deyir ki, Rusiyanı ağılla dərk etmək olmaz, ona sadəcə inana bilərsən.

Tam mətn
Muəllif: Aytən Məmmədova

O kəndin qaranlıq küçələri…

Biz Nəzrin haqda danışırdıq. Yaşıl gözlü, gülüşündən dünya işıqlanan Nəzrin haqda. Hər gün kəndlərindəki evdə soyuq divarlar arasında yuxudan oyanıb, ağır çəkmələrlə məktəbə gedən Nəzrin haqda… Cüzeppe Tornatorenin “Oskar” mükafatı almış “Poradizo” kinoteatrı” filmi nostalji hisslərdən danışdığı qədər həm də əyalətin ümumi mənzərəsini özünəməxsus şəkildə göstərir. Salvatore kinonu çox sevir. Rejissor olmaq istəyir. Kinomexanik Alfredə çox kömək eləyir. Amma rejissor olmaq üçün bu kiçik Cankaldo şəhərini tərk eləmək lazımdır.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Qoca yəhudi Zelmanov və ya bəşəriyyət kainatda tək olmağa layiqdirmi?..

Deyə bilərlər ki, bəli, bunlar da tamam-kamal çaşıblar, əvvəlcə hakimiyyətə qarşı müxalif oldular, daha sonra cəmiyyətə opponentlik etməyə başladılar, indi də hədəf kimi bəşəriyyəti seçiblər. İlk baxışda, zahirən elə həqiqətən də belə təsəvvür yarana bilər. Amma yalnız zahirən, çünki bütün insanları iki böyük “partiyaya” bölmək olar: insanlığın — bəşəriyyətin tərəqqisinə inananlar və inanmayanlar.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Varlığın dözülməz ağırlığı

Bəzi əsərlər var ki, zaman-zaman yenidən oxuyursan, bəzilərinə də yazılarında dönə-dönə qayıtmalı olursan. Səbəblər çoxdur. Və hər dəfə əsərdə yeni bir istinad nöqtəsi tapırsan, ən qaranlıq künclərə işıq düşür, yeni mənalar gözə çarpır. Söhbət üst-üstə düşən iri reallıqlar içində gözəgörünməz fərqli təfərrüatlardan, dediyim o işıq düşməyən qaranlıq künc-bucaqdan gedir. Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanıyla bağlı özüm də daxil, gənc yazıçı və publisistlərimizin çoxu yazıb. Yazıların mövzusu da, az qala hamıda üst-üstə düşüb: cəmiyyətin əyilməyən ziyalısına münasibəti.

Tam mətn
Muəllif: Seymur Kazımov

Təsəvvürümüzdəki ziyalılar…

Martın 1-də dövlət başçısının bir qrup mədəniyyət xadimi ilə görüş keçirildi. Görüş və görüşdəkilər barədə uzun yazmağa gərək yoxdur. Heç, səslənən fikir və təkliflərə də toxunmağa gərək yoxdur. Amma cəmiyyətdə xəyal qırıqlığı yaratdığı dəqiqdir. Bu görüş Sovet Azərbaycanının və bir qədər də müasir Azərbaycan mədəniyyətinin siması idi. Yəni, köhnə və cavan nəsil nümayəndələri eyni görüşdə iştirak edirdi.  Aydındır ki, mədəniyyət xadimlərindən atom parçalanması, Kvant fizikası ilə bağlı təkliflər səslənməyəcəkdi.

Tam mətn