Muəllif: Hüseynbala Səlimov

DANABAŞ KƏNDİNİN CAMAATI…

Dəyərli yazarlarımız çox olubdur. Amma onların cərgəsində Mirzə Cəlilin tamam ayrı yeri var. Mütəxəssis deyiləm, bilmirəm, sovetin vaxtında, ondan əvvəl və yaxud sonra Azərbaycanda etnik psixologiya ilə məşğul olan olub, ya olmayıbdı? Bir onu bilirəm ki, Mirzə bu millətin etnik portretini yaratdı. Digər tərəfdən, hər millətin tarixində iki cür şəxsiyyətlər olur: ölkəni Dünyaya çıxaranlar və bir də Dünyanı ölkəyə gətirənlər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

İşçilərinin güngörməzini izləyən rəhbərlər

Qədim Roma imperatorları dünyanın hər zövq-səfasını, hər həzzini görəndən sonra yaman duruma düşmüşdülər. Daha heç nə onların kişiliyini oyandıra bilmirdi. O zaman insan şüurunun alt qatında gizlənmiş çox iyrənc özəlliklərdən birini kəşf etdilər, yaxud xatırladılar. Ya da bu, sadəcə, onların ağlına gəldi və sonradan psixoanalitiklər onu rəsmiləşdirdilər. Onlar öncə açıq total orgiyalar təşkil edir, orgiyaları açıq seyr edir, özlərində hiss oyandırmağa çalışırdılar. Sonra bu da öz sehrli gücünü itirdi və haqqında danışdığımız məsələyə start verildi.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Dünyanın 8-ci möcüzəsi

Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində bu yaxınlarda çəkilmiş video məni heyrətə gətirdi. Əslində, burda bilmədiyimiz bir şey yox idi. Ancaq yenə də heyrətlənirsən. Hansı sürücünü dindirsən, sənə eyni sözü deyəcək:“Kəsirlər!” Videoda sayğacda 75 litr nə qədərsə benzin vurulduğu görünür. Bu vaxt sayğacı videoya çəkən sürücü dilə gəlir, benzini saxlatdırır, avtomobilinin benzin çəninin cəmi 58 litr tutduğunu deyir. Təsəvvür eləyin, adam çənini tam doldurmağı istəyib və sayğaca inansaq, guya 75 litr vurulub, ancaq çən hələ dolmayıb.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Bayram təbriki

Milli mətbuat gününə az qalıb. Yenə sosial şəbəkələri xonçalar, tortlar, hədiyyələr bəzəyib. Adamın lap ürəyi açılır. Az qala sevinəsən ki, bu ölkədə jurnalistlərə necə yaxşı qiymət verilirmiş. Hökumət, nazirliklər, idarələr, təşkilatlar, hətta holdinqlər, şirkətlər jurnalistlərə, mediaya, mətbuata necə gözəl diqqət və qayğı göstərirlərmiş. İndi hansısa ağıllı çıxıb yazacaq ki, əgər hökumət jurnalistlərə qiymət verməsəydi, onlar üçün ev paylamazdı. Əgər hökumət medianın qayğısına qalmasaydı, onlara hər il 1 -2 milyon pul ayırmazdı. Düz deyirlər. Nə deyim. Edirlər vallah.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

“İNTERNET NƏSLİ” KİMLƏRDİR VƏ ONLARI DA NÖKƏRƏ ÇEVİRMƏK MÜMKÜN OLACAQMI?..

  Doğrusu, tərcüməni bir o qədər də sevmirəm. Məncə zəhlətökən işdir. Amma dolanışıq xatirinə imkan düşəndə buna da əl atırıq. Kitablar olur ki, tərcümə prosesi adama ləzzət verir. Məsələn, vaxtilə “Xarici ölkələrin konstitusiya hüququ” monoqrafiyasının bir hissəsini tərcümə edəndə bundan sözün əsl mənasında zövq almışdım. Kitab hüquqla bağlı biliyimdəki boşluqları aradan qaldırmaqda mənə xeyli dərəcədə yardımçı oldu. Düzdür, Moskva Universitetində bizə bir semestr hüquq fənni də tədris edilirdi.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Allah, bu küçəyə giriş qadağandır…

O küçə Bakının ən modern küçəsidi. Ən azı hələ ki. Ondan arxada səki var. Soldan başlasaq, səkidə “New image” (yeni görünüş, yeni obraz) adlı dükanmı, ya nəsə bir şey var. Jalüz qapısı bağlıdı. Endirilib. Ondan sonra, yəni üzü sağa hansısa bankomatdı. Bankomatdan o yana bir fotoatelyedi yəqin ki. Orda xoşbəxt insanlar, ya da xoşbəxt olmaq şansının hələ qarşıda olduğuna ümid edənlər şəkil çəkdirir, harasa CV yollayır. Ancaq bu atelyenin ona heç bir dəxli yoxdu, qarşısındakı zir-zibildən başqa.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Biləcəridən o yana-bu yana faciəsi

Azərbaycan yazıçıları Biləcəridən o yana keçə bilmir, yəni bu, əslində o deməkdi ki, yazıçı-şairlərimizin çap olunan kitablarından dünyanın bilmərrə xəbəri yoxdu. Ola da bilməz. Niyə? Bu haqda bir azdan danışarıq. Bəs Biləcəridən bu yanda vəziyyət necədi? Guya Biləcəridən bu yanda yazıçılarımızı tanıyırlar? Hə, əlbəttə, şəxsini, adını-soyadını, hətta Feysbukda yazıçı, şair işlədiyini bilirlər. Çağımızda problem deyil bu. Sosial şəbəkələr dünən əlinə qələm alıb yazmağa başlayan ən cücə yazarı da tanıdır.

Tam mətn