Muəllif: Aytən Məmmədova

Arı da kasıbı sancır…

Yəqin ki, Ron Vudruf adı sizə heç nə demir. ABŞ-ın Texas ştatında doğulan elektrik ustası, “Dallaslı Alıcılar Klubu”nun yaradıcısı… Ron 35 yaşına qədər sıradan həyat keçirmişdi. QİÇS-ə yoluxmaq hər şeyi dəyişdi. Xəstəxanada ona dedilər ki, uzağı bir ay yaşayar. Vudruf razılaşmadı. Vuruşdu. Təkcə həyatda qalmaq üçün yox, həm də səhiyyə sisteminə qarşı. QİÇS xəstələrinin qadağan olunmuş lazımi preparatlardan istifadəsi üçün vuruşdu. Polis, məhkəmə qarşısında dayandı, amma təslim olmadı. Vudruf deyirdi:“Mən onsuz da əvvəl-axır öləcəm.

Tam mətn
Muəllif: Kamran Mahmudov

“Qarabağa azadlıq” və səmimiyyət

Qarabağın geri qayıtmasını istəyən 2 min nəfər. Bu rəsmi məlumatda göstərilən rəqəmdir. Bu rəqəm sizi bilmirəm məni çox düşündürdü. Söhbət sentyabrın 29-da Qarabağ komitəsi tərəfindən Məhsul stadionunda keçirilən “Qarabağa azadlıq” mitinqindən gedir. Qarabağ hamının, iqtidarlı-müxalifətli hər kəsin yaralı yeridir. Bir sözlə, ümummili məsələdir. Bəs onda niyə bu mitinqə bu qədər az adam toplaşmışdı? Özü də Qarabağ ətrafında maraqlı proseslərin getdiyi bir dövrdə.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

İmam Hüseyn sağ olsaydı…

Əvvəl elə bildim bərbərxanadı, bərbərin əli əsib, adamın qulağını, bəlkə boğazını ülgüclə kəsib, yaxasındakı ağ önlük qana bulaşıb. Bərbərlər yığışıb adamın başına, qanını durdurmaq istəyirlər. “Yazıq bərbər, əlli-ayaqlı getdin sən”, — düşündüm. Birdən videodan səs gəldi: — Allah qəbul eləsin, hacı… Bunu operator qardaş deyirdi. Anında başa düşdüm. Bərbərxana deyildi. Xəstəxanaydı.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BİR ŞƏRQ, ÜSTƏLİK DƏ ƏSKİ SOVET ÖLKƏSİNDƏ…

Bura alqışlar ölkəsidi. Hökumətin bütün addımları alqışlanmalıdı. Qiymətlərin qalxmasından, ictimai nəqliyyatda gediş haqqının artmasından tutmuş ödənişli yolların yaradılmasına qədər hər şeyə münasibət izhar etməyin bircə yolu var — alqışlamaq… Ona görə də deməyin ki, bu da artıq bəzi “politoloq”lar kimi elə hökumətdən bir qərar gözləyir ki, dərhal ona alqışlar yazsın.

Tam mətn
Muəllif: Seymur Kazımov

Qul bazarı, vətən sevgisi və kənd qəbirstanlığı

3-cü mikrorayon dairəsində yəqin ki, tıxacda qalmayan çox az adam var. Ərazidə yol tənzimləyicisi (svetofor) yoxdur və nəqliyyat vasitələri yol hərəkət qaydalarına uyğun olaraq dairəyə daxil olarkən bir-birini gözləməlidir. Amma buna əməl edən çox az sürücü var. Bu yay orada guya təmir işləri apardılar, əslində, mövcud tıxac problemini inkişaf etdirmək üçün yol kənarlarında bəzi artırmalar etdilər, desək daha məntiqli olar. Məsələn, yolun ortasında nəsə üçkünc bir şey düzəltdilər, sonra dairədəki körpünün altını bir qədər də genişləndirdilər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

ALLAH, HEÇMİ DADINA BAXMADIN BUNUN?..

İslam dünyasının, Şərqin geridə qalmasının əsas səbəblərindən biri sorğulama yasağının olmasıdı. Lap başdan başlasaq, Allahın sorğu-sual edilməsinin, ondan nəsə izah istənilməsinin (rəmzi mənada təbii ki), “filan şeyi niyə belə etdin” sualının yasaqlanmasıdı. Bu, islamdan əvvəl də olub islamı yaradan xalqlarda. Məhəmməd peyğəmbər özü Ərəbistanda çoxallahlılığı, bütləri sorğulamadımı? Sorğuladı. Nəticə nə oldu? Dağınıq ərəb tayfaları birləşib nəhəng imperiya yaratdılar. Bu, çağın öz siyasi inqilab formatı idi. Adı köhnə olan yeni allah, yeni din, yeni düzən yarandı.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Əsas Sual

Bakının işğaldan azad olunmasının 100 illiyini yaşadıq. Nə az, nə çox. Düz 100 il. Millət olaraq, xalq olaraq, dövlət olaraq 100 il bundan əvvəl olanları yenidən xatırladıq. Bu münasibətlə hətta Bakının mərkəzində möhtəşəm parad da keçirildi. İqtidarlı, müxalifətli hər kəs, bir yerdə olmasa da, həmrəy olub bu günü bayram etdi. Dövlət, qeyri-dövlət tədbirləri keçirildi. Fəxrli, fərəhli, qürurlu bir gün yaşadıq. Bakının mərkəzində “mehtər marşı”nın sədaları altında Osmanlı ordusuna məxsus göstərilər də nümayiş olundu.

Tam mətn