Muəllif: Redaksiya

Bilərəkdən ədalətsiz hökm və qərar çıxaran hakimə 12 il cəza verilə bilər

Azərbaycanda bilərəkdən ədalətsiz hökm və qərar çıxaran hakimlərlə bağlı cəzalar sərtləşdirilir. Bununla bağlı CM-nin 295-ci maddəsinə dəyişikliyin müzakirəyə çıxarılması gözlənilir. Dəyişikliklərə əsasən bilərəkdən ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxaran hakimlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Tanınmış təhsil eksperti Əlövsət Osmanlı dünyasını dəyişdi

Tanınmış təhsil eksperti, riyaziyyatçı alim Əlövsət Osmanlı 57 yaşında həyata vida etmişdir. Əlövsət Osmanlının oğlu Dilqəm Osmanov mətbuata bildirib ki, atası dünən Milli Parkda gəzişərkən (axşam saatlarında bulvarda gəzintiyə çıxmaq adəti vardı) anidən ürək tutması olub. Dərhal həkim çağırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb (mərhum son zamanlar ürəyindən…

Tam mətn
Muəllif: Redaksiya

Məmurların “məktub yetişmədi” bəhanəsi tarixə qovuşur?

“Elektron hökumət” portalı üzərindən dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının məlumatına…

Tam mətn
Muəllif: Redaksiya

MM sədrinin müavini və onun qardaşı barədə böhtan yayanlar cavab verəcəklər

Daxili İşlər Nazirliyi bəzi KİV-də Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən MM sədr müavini Valeh Ələsgərovun qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada narkotik vasitənin, restoranın ərazisindəki sahəyə baxış keçirilərkən isə xüsusi qaydada becərilmiş 9 ədəd çətənə kolunun tapılması, eyni zamanda, vitse-spikerin torpağına bitişik sahədə də guya narkoplantasiyanın aşkarlandığı barədə…

Tam mətn
Muəllif: Redaksiya

SN: vəba İrandan Azərbaycana keçə bilər

Səhiyyə Nazirliyi xəbərdar edir ki, İranda baş qaldıran vəba xəstəliyi Azərbaycana keçə bilər. Bu ehtimal qalır. Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, hər bir xəstəlik müxtəlif vasitələrlə bir ölkədən digərinə keçə bilər. Onun sözlərinə görə, vəba xəstəliyinin də müxtəlif yayılma yolları var: “Vəba qida,…

Tam mətn
Muəllif: Redaksiya

Uşaqların cinsinə görə abortlara yasaq qoyulacağı gözlənilir

Bu ilin sonuna kimi uşaqların cinsinə görə abortlara yasaq qoyulacağı gözlənilir. MM Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, selektiv abortlarla bağlı məsələ «Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsinə daxil edilərək parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Millət vəkili vurğulayıb ki, uşaqların cinsinin müəyyənləşdirilməsi üçün…

Tam mətn
Muəllif: Redaksiya

Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovaya qarşı apellyasiya şikayətinə baxılıb. Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiada G. Hacıbəylinin N. Məmmədovaya 50 min dollar borcu olması qeyd edilib və həmin pulun ödənilməsi…

Tam mətn