Prezidentliyə yol
Keçən həftə beynəlxalq dəyərləndirmə nöqteyi-nəzərindən Türkiyənin, seçici dəyərləndirməsi baxımındansa Rəcəb Tayyib Ərdoğanın xanəsinə müsbət işarəylə yazılacaq iki hadisə baş verdi. Birincisi, son illərdə ilk dəfə Diyarbəkirdə qarşıdurma, gərginlik olmadan Novruz bayramı şənlikləri keçirildi və o şənlikdə PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın terrora son qoyulacağına dair ümidləri…