Muəllif: İbrahim Nəbioğlu

SONUNCU MOGİKAN

Aydınların əhatəsində yetişmək bəxtiyarlığı Qazax camaatı tarixən yayın gəlməsi ilə yaylaqlara çıxar, avqustda “quyruğun donması” ilə yurdlarına geri qayıdar. Qazaxda buna “dağa getmək” deyirlər. Hər kəndin öz dədə-baba yaylağı var idi. Kəsəmənlilər adətən indiki Ermənistan ərazisindəki tarixi Qazax torpağı olan Dilican dərəsində və ətrafındakı füsunkar yaylaqlarda binələnərdilər… Dilican (Qazax qəzası), avqust 1918 1918-in avqust ayında atlı-arabalı köçlərdən biri Dilicandan Qazağa qayıdarkən qarşılarını başlarında saçaqlı fəs, bellərində “hançer”, əllərində tüfəng 3 türk zabiti kəsir.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Gülsüm

Daşnaklar kəndə hücum edərək evləri talan edib yandırdılar. Kənddən tək-tük adam meşəyə qaçaraq xilas oldu. 15 başlıq külfətdən bircə buxarıda gizlənmiş 12 yaşlı Gülsüm sağ qaldı. Onu da erməni çavuşu gizləndiyi yerdən tapıb özüylə apardı. Qız ha çırpındı, ha ağladı, ha köməyə çağırdısa bir xeyri olmadı. Erməni onu atın belinə atıb yola düzəldi. Nə qədər və hansı tərəfə getdiklərini bilmədi. Bir də dayananda anladı ki, artıq alatorandı. Bütün bədəni sızıldayırdı.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

SARI KÖYNƏK, MAVİ QALSTUK

2022-nin mart ayının əvvəli idi. Rus işğalının başlamasından 10-15 gün keçmişdi. Haber Global kanalından zəng elədilər ki, axşam 4 saatlıq canlı yayına dəvət edirik. Proqramın prodüserine “Kimlər olacaq studiyada?” sorduğumda biri sizin dostunuz Osman Gazi Kandemir Paşa, o biri de QU4TRO Siyaset Stratejileri Başkanı Elif Dördüncü Aydemir. Elif xanımı qiyabi tanıyırdım, Sorbonn universitetinde Xarici siyaset üzrə doktorluq yazmış bu qadının bəzi fikirlərini bəyənirdim. Amma Ukrayna məsələsinə münasibətini bilmirdim.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

RUSLAR AYA TRAMVAYMI GÖNDƏRSƏ?

İllərdir yazıram ki, rus kosmik sənayesi və kosmik tədqiqatlar proqramı süquta uğrayıb. Və deyirəm ki, rusların yazdıqları, göstərdikləri ictimaiyyəti aldatmaqdan, yəni “göz boyamaqdan” başqa bir şey deyil… Düz bir həftədir rus mətbuatı “Luna-25” (Луна-25) planetlərarası avtomatik stansiyasının Aya göndərilməsini az qala yeni Kosmik Eranın başlaması kimi qələmə verir. Halbuki ruslar sonuncu dəfə Ayın səthinə 1976-cı ildə kosmik aparat endirə bilmişdilər. 47 il əvvəl Luna-24 stansiyası Yerə təxminən 120 qram ağırlığında Ay suxuru gətirməyə nail olmuşdu.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ORTADAKI RƏF

Hələ roman və povest nədir bilmirdim, heç düzəməlli nağıl da oxumamışdım; nə sonralar dəli kimi ucdantutma əsərlərini oxuyacağım Heminqueyin adını eşitmişdim, nə də Borxesin; Knut Qamsun, İvan Bunin, Stefan Svayq, Alber Kamyunu tələbəlik illərində kəşf edəcək; antik və orta əsrlər ədəbiyyatını isə daha da gec tanıyacaqdım. Uşaq idim, heç məktəbə də başlamamışdım, amma İsmayıl Şıxlının adını eşidirdim evdə. Evimizdə bir İsmayıl Şıxlı kultu var idi… Akademik Azad Mirzəcanzadə atamın da müəllimi və elmi rəhbəri olmuşdu.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Qardaşımla bir şahmat oyunu

Bin cihana değişmem Şu öksüz Türk’lüğümü Orta məktəbin son sinfində oxuyurdum. Qəbul imtahanlarına hazırlaşırdım. Qardaşım mane olmasın deyə şahmat fiqurlarını taxtaya düzüb qurdalanırdı. Hava isti və bürkü idi. Mağazaya getmək lazımdı. Qardaşım şahmatı yenicə öyrənirdi, oynayan tapa bilmirdi. Atamın vaxtı yoxdu, mənim isə hövsələm. Dedim ki, gəl şahmat oynayaq, uduzan mağazaya getsin. Rəşad uduzacağını bilirdi, razılaşmadı. Məndən balacadır qardaşım, başını tovladım, “Vəzirsiz və bir atsız oynayacam” dedim. Gedib anama nə dedisə gəlib razılaşdı.

Tam mətn
Muəllif: Elçin Şıxlı

“Ona de, bura gəlsin”

Başını qaldırdığında qəbul otağının kandarında altmış yaşlarında bir adamın dayandığını gördü. Əslində, kiminsə bu otağa gəlməsində bir elə qeyri-adi şey yoxdu, çünki nazirin qəbuluna düşmək istəyənlər həmişə olur, özü də çox olur. Amma rəsmən qəbul həftədə bir gündü. Onun heç xoşlamadığı gün və prosedur olsa da, işinin bir hissəsi idi. Qəbula düşmək üçün hər kəs problemini izah etməli və nə üçün məhz nazirlə görüşmək istədiyini əsaslandırmalı idi. Olduqca rutin və buna görə də üzücü bir işdi.

Tam mətn