Redaksiya

Urmiya fəlakəti: 100-dən çox kəndin boşalması təsdiqləndi

İran hökumətinin təqsiri üzündən Urmiya gölünün quruması və ekoloji fəlakətə uğrayan bu gölün ətrafında 100-dən çox türk kəndinin boşalması təsdiqləndi. Deyilir ki, kəndlərin boşalması gölün qurumasıyla birbaşa bağlıdır və İranın Azərbaycan səfirliyinin iddia etdiyi kimi, bunun Maku şəhərinə sel gəlməsiylə heç bir əlaqəsi yoxdur. Bu barədə “Oyanews” saytı 12…

Tam mətn

Qəzanı törədən sürücü sərxoş olub

DİN və Baş Prokurorluq mətbuat xidmətləri millət vəkili Hikmət Atayevin avtomobil qəzasına düşərək həyatını itirməsi haqda birgə məlumat yayaraq bildirirlər ki, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks…

Tam mətn

Kazım Qarabəkir Paşa — 130

Bu gün Bakı Slavyan Universitetində görkəmli hərbi-siyasi xadim, general Kazım Qarabəkir Paşanın 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Anım mərasimində universitetin professor-müəllim kollektivi, tələbələri və Kazım Qarabəkir Paşanın qızı Timsal Yıldıran Qarabəkir, nəvəsi İclal Cankorel, TRT Bakı təmsilçisi Yüksəl Dəyərcan da iştirak edib. BSU elmi işlər üzrə prorektoru…

Tam mətn

Ali Attestasiya Komissiyası: gərəkdir, gərək deyil?

Avropada ali attestasiya komissiyaları yoxdur. Ümumiyyətlə, Avropada elmi işləri akademiyada müdafiə etmirlər, elm yalnız institutlarda olur. Oralarda təhsil və elm vəhdətdədir. Bizdə də bir neçə ildir belə fikirlər var ki, Ali Attestasiya Komissiyası (AAK) ləğv olunmalı, elmi dərəcələrin verilməsi institutlara həvalə edilməlidir. Alim olmaq üçün prosedurların çox olması və bunun…

Tam mətn

Texnologiyalar bir çox peşələrin «izini itirir»

Yeni texnologiyalar bəzi ixtisasları, məşğulluq sahələrini «arxivə» göndərir. Kompüter texnologiyalarının hazırda qismən əvəzlədiyi bəzi ixtisaslara çox yaxın gələcəkdə ehtiyac qalmayacaq. Təxmini tərtib edilən siyahının ilk yerində poçtalyon peşəsi durur. Hesab olunur ki, məktubların elektron qaydada göndərilməsi ilə kağız məktuba, o cümlədən onu ünvana daşıyan şəxsə tələbat ortadan qalxır. Amma…

Tam mətn

Müəllimlərin mobil telefon vahiməsi

Bakı Şəhər Təhsil İdarəsi orta məktəblərdə şagirdlərin mobil telefon işlətmələrini yasaq edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızının sözlərinə görə, pedaqoji şura iclaslarında «valideynlərin böyük əksəriyyətindən razılıq alınıb» və qərar verilib ki, əgər şagird məktəbə mobil telefon gətirərsə, dərhal əlindən alınaraq valideyninə bu barədə məlumat verilir və telefon…

Tam mətn

Üzumçülük və şərabçılıq yenidən diqqət mərkəzinə gəlir

Ölkəmizdə beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli şərabçılıq məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Ötən il Gəncədə keçirilmiş «I Beynəlxalq Şərab Festivalı»nda nümayiş olunan yüksək keyfiyyətli yerli şərabçılıq məhsulları bunun əyani göstəricisidir. Bununla belə, ölkəmizin təbii-iqlim şəraitinə uyğun məhsuldar üzüm sortlarının yetişdirilməsi üzüm və şərabçılıq…

Tam mətn