Redaksiya

Ərdoğan: Biz AB-nin qərarını tanımırıq

Gəzi parkı bir qrup insanın deyil, bütün millətin parkıdır. CNN Türk telekanalına istinadən, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın İstanbul mitinqində çıxışı zamanı deyib: «Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik». Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: «Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır….

Tam mətn

Egemen Bağış: Dövlət aksiyaçıları terror təşkilatının üzvü kimi qəbul etmək məcburiyyətində qalacaq

Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Egemen Bağış polisin Taksim Gezi parkı aksiyalarına müdaxiləsindən sonrakı vəziyyəti dəyərləndirib. Türkiyə mediasına istinadən, Bağış bildirib: «Xüsusilə bu aksiyalara bu gün dəstək verən bütün vətəndaşlarımızdan xahiş edirəm ki, evlərinə dönsünlər. Dövlət bu saatdan etibarən orada olacaq hər kəsi terror təşkilatının üzvü kimi qəbul…

Tam mətn

Netanyahu: Dünya ictimaiyyəti İrana təzyiqləri azaltmasın

İsrailin Baş naziri Benyamin Netanyahu Həsən Ruhaninin Prezident seçilməsinə baxmayaraq, dünya ictimaiyyətini İrana təzyiqləri azaltmamağa çağırır.Hökumətin iclasında çıxış edən Netanyahu xatırladıb ki, İranın nüvə sahəsində siyasətini Prezident deyil, ali lider Əli Xamneyi müəyyən edir. Baş nazir bildirib ki, dünya səhvə yol verməməli və nüvə proqramının dayandırılması üçün İrana təzyiqləri azaltmamalıdır:…

Tam mətn

Azərbaycanlı kanoeçi Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanlı kanoeçi Valentin Demyanenko Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Milli Avarçəkmə Federasiyasına istinadən, Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə finişə 41,726 saniyəyə çatıb. O, qızıl medal qazanan litvalı Yevgeni Şuklindən cəmi 0,050 saniyə geri qalıb. Bürünc medala isə millimizin sabiq üzvü, hazırda Rusiya…

Tam mətn

İlham Əliyev Həsən Ruhaniyə təbrik ünvanladı

Prezident İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: «İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır….

Tam mətn

Əjdər Tağızadə: Azərbaycan türkləri azadlığını istəyir, İrana və bu seçkilərə inanmır

İranda keçirilən seçkilərə seçki demək olmaz. Bu gün keçirilən səsvermədə süzgəcdən keçmiş altı namizəd iştirak edir. Bunlar beytil rəhbərin — Xameneyinin evində qurduğu gizli dövlətdən çıxmış adamlardır. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sədri Əjdər Tağızadə Obyektiv televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, istər prezidentliyə namizəd Əli Əkbər…

Tam mətn

Həmməruzəçilər: Ədalətli seçki kampaniyası üçün şərait yaradılması zəruridir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin demokratik standartlara uyğun olması məqsədilə ədalətli seçki kampaniyası üçün şərait yaradılması zərurəti olduğunu bildiriblər. Bu barədə məruzəçilər iyunun 13-də axşam Azərbaycana üçgünlük səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında…

Tam mətn