Redaksiya

Amerika səfiri: «Şəffaf, ədalətli məhkəmə keçirilməsini gözləyirik”

ABŞ-ın Bakı səfiri Riçard Morninqstar Azərbaycan hakimiyyətini yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərin işlərinin ədalətli və şəffaf araşdırılmasına çağırıb. “Biz hakimiyyətdən Azərbaycanda siyasi məhbuslarla bağlı əşyavi dəllilərə əsaslanaraq, şəffaf ədalətli məhkəmə keçirilməsini gözləyirik”, deyə Morninqstar bu gün jurnalistlərlə söhbətində ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini şərh edərkən…

Tam mətn

Avropa Parlamenti İlqar Məmmədovun həbsini pislədi

Avropa Parlamenti cümə axşamı Azərbaycanda “Resublikaçı Alternativ” (ReAl) vətəndaş hərəkatının sədri İlqar Məmmədovun həbsi ilə bağlı qətnamə qəbul edib. Avropa Parlamentinin rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, AP deputatları İlqar Məmmədovun həbsini qətiyyətlə pisləyir və Azərbaycan hakimiyyətini ona qarşı irəli sürülmüş ittihamların təxirəsalınmaz, ədalətli, şəffaf və müstəqil şəkildə tədqiq edilməsini…

Tam mətn

Penitensiar Xidməti məhkəməyə veriblər

“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı ƏN Penitensiar Xidmətini bu hüquq-müdafiə təşkilatının informasiya sorğularına cavab verməkdən imtina etməsi ilə əlaqədar məhkəməyə verib. Özəlliklə, “Həbs yerlərində saxlanma şəraiti və məhbusların və məhkumların hüquqları haqqında” illik hesabatın tərtib edilməsi məqsədilə alyans cəzaçəkmə yerlərində monitorinq aparmağa icazə verilməsi xahişi ilə Penitensiar Xidmət rəhbərliyinə…

Tam mətn

FHN göz yaşlarına inanmır

Daşqından ziyan çəkənlər öz şikayətlərini şəxsən FHN rəhbərinə təqdim edə bilməyiblər. Baxmayaraq ki, bu gün Salyanda FHN rəhbəri Kəmaləddin Heydərovun ictimai qəbulu təşkil edilmişdi. Heydərovun qəbuluna düşmək üçün səhər saatlarından Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarından 300-dən çox insan görüşün planlaşdırıldığı FHN Muğan Regional Mərkəzinin binası…

Tam mətn

Zülfiyyə Hüseynova Avropa çempionu oldu

Parisdə usta cüdoçular arasında Avropa çempionatına start verilib və yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb. Veteran idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Parisdə fəxri kürsünün ən yüksək pilləsinə Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) qalxıblar. Xanım cüdoçumuz bütün görüşlərini ipponla bitirib. Komandamızın…

Tam mətn

Həndbol komandalarımız Avropa kuboklarından kənarda qaldı

Kişi basketbolçulardan ibarət Azərbaycan klublarının ardınca həndbol komandalarının da Avropa kuboklarından kənar qalacağı dəqiqləşib. Milli komandanın baş məşqçisi Hikmət Abdullayev bildirib ki, son illərdə Azərbaycan çempionatı keçirilmədiyindən artıq həndbol da ölkəmizdə tarixin yaddaşına köçməklə üz-üzə qalıb. Halbuki, SSRİ dövründə həmişə “əl topu”nda öncüllərdən olan komandalarımız bu gün çox çətin dövrünü…

Tam mətn

Şahmat yığmamızın durumu bərbaddır

Şahmat yığmamızın durumunun bərbad olduğu üzə çıxıb. Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov komandamızdan ayrılarkən bu acı gerçəyin üstünü açıb. Apasport.az saytının xəbərinə görə, ukraynalı olimpiya çempionu deyib: “Mən artıq bu komandanın məşqçisi deyiləm. Ukraynada olduğu kimi — liderlərə əvəzləyici hazırlanması ilə bağlı konkret proqram təklif etdim. Burada…

Tam mətn