Redaksiya

Şamaxı və Ağsu zəmilərində irimiqyaslı yanğın: işə helikopterlər cəlb olunub

Şamaxı və Ağsu rayonlarında taxıl sahələrində irimiqyaslı yanğın baş verib, yanğının söndürülməsinə helikopterlər cəlb olunub. Bu gün saat 16:30 radələrində Şamaxının Çöl Göylər kəndinin taxıl sahəsində baş verən yanğın getdikcə geniş ərazini əhatə edib. Alov qısa vaxt ərzində genişlənərək Şamaxının Bağırlı və Göylər, Ağsunun Bico, Ləngəbiz, Çaparlı kəndləri ərazisindəki…

Tam mətn

Qəbiristanlıqda qətl törədən şəxslər yaxalandı

Bakıda qəbiristanlıqda qətl törədən şəxslər həbs edilib. Sabunçu polisinə istinadən, əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də Abbas Abbasovu öldürüb, Şahid Kərimova isə xəsarət yetirib, hadisə yerindən qaçan Elzay Zeynalzadə və hadisənin digər iştirakçısı, paytaxt sakini Samir Zabitov tutularaq istintaqa təhvil veriliblər. Hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 6 ünvanında, keçmiş “Komsomol”…

Tam mətn

Taksimə giriş məhdudlaşdı, Gəzi Parkında isə təmizlik işləri gedir

Bu gün səhər saatlarlında Taksim meydanındakı Gezi Parkında təmizlik işləri başlanıb. Parkdan çadırları yığışdıran bələdiyyə işçiləri daha sonra ərazini yuyublar. Ərazidəki işıq dirəkləri bərpa edilib, aksiya iştirakçılarının parka gətirdikləri əşyalar burdan daşınıb, deyə Anadolu Agentliyi xəbər verir. Agentliyin yazdığına görə, artıq ərazidə aksiya iştirakçısı qalmayıb. İstanbul Böyükşəhər Bələdiyyəsi bölgədə…

Tam mətn

Fransız kinematoqrafları bizim tolerantlıqdan film çəkirlər

Fransız kinematoqrafları Azərbaycanda tolerantlıq mövzusunda sənədli film çəkirlər. Film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə lentə alınır və çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində aparılır. Ekran işi oktyabrda Parisdə və əyalətlərində muzey və sərgilərdə nümayiş olunacaqdır.

Tam mətn

Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi

Bu gün Üzeyir Hacıbəylinin mənzil-muzeyində “Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi” mövzusunda konfrans keçirilib. Bu barədə ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova məlumat verib. Onun sözlərinə görə, konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistri Nuran Atamoğlanovanın “Üzeyir Hacıbəylinin kamera və instrumental yaradıcılığı”, muzeyin əməkdaşı Təranə Həsənovanın “Azərbaycan Xalq Cümhuriyyəti və…

Tam mətn

Bəkir Bozdağ: Türkiyəni güclü görmək istəmirlər

Dünya ölkələrinin əksəriyyəti Türkiyəni güclü görmək istəmir. Anadolu Agentliyinə istinadən, baş nazirin müavini Bəkir Bozdağ belə düşünür. O bildirib ki, Türkiyədə baş verən aksiyalar əvvəlcədən planlaşdırılıb, lakin Türkiyə hökuməti bu müvəqqəti problemin öhdəsindən gələcək.

Tam mətn

Səfər Əbiyev İrakli Alasaniya ilə müzakirələr aparıb

Bu gün müdafiə naziri Səfər Əbiyevin ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşü olub.MN mətbuat xidmətinə istinadən, iki nazir Azərbaycan-Gürcüstan əlaqələri, hərbi əməkdaşlığın perspektivləri və bölgədəki hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Tam mətn