“Azərbaycan xalçaları-Təbriz qrupu” kitabı təqdim edildi
Bu gün Azər-İlmə xalçaçılıq şirkətinin “Azərbaycan xalçaları bütün məktəbləri ilə” layihəsi əsasında hazırlanmış “Azərbaycan xalçaları-Təbriz qrupu” kitabının təqdimatı keçirilib. Müəllif, professor Vidadi Muradov kitabın layihə üzrə dördüncü nəşr olduğunu deyib: “Layihə çərçivəsində daha öncə “Azərbaycan xalçaları”, Qarabağ xalçaları”, “Azərbaycan xalçaları-İrəvan qrupu” kitabları nəşr olunub. Ümumiyyətlə, Azərbaycan xalçalarının doqquz qrupu haqqında…