Muəllif:

Urmiyada əhalinin polislə qarçıdurması olub

İyunun 18-də Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində yerli əhali ilə polislər arasında toqquşma baş verib.İranın futbol üzrə yığmasının 2014-cü il Braziliyaya — dünya çempionatına vəsiqə qazanmasının ardından bir qrup şəxsin bayraqlarla küçələrə çıxarılaraq müxtəlif şüarlar səsləndirməsi olub. Güney qaynaqlarına istinadən, şəhərin müxtəlif meydanlarında pulsuz İran bayraqlarının paylanılması da yerli sakinlərin hiddətinə səbəb olub. Nəticədə türklər küçələrdə, özəlliklə Xəyyam xiyabanında buna etiraz olaraq “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarı səsləndirməyə başlayıblar.

Hadisəyə İran polisi və mülki geyimli məmurlar müdaxilə ediblər, tərəflər arasında güclü qarşıdurma baş verib. Hələlik xəsarət alanlar və həbslər barədə məlumat yoxdur.

Ancaq aksiyaya qatılmış azərbaycanlıların fotolarının çəkildiyi və videolentə alındığı bildirilir. İran polisi şadyanalıq edən digər kütləyə isə heç bir müdaxilə etməyib, hətta onları qoruyublar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140