Muəllif:

Fərdin Muradpura 4 il əzab verdikdən sonra açıb buraxdılar

İyunun 1-dən etibarən həbs müddətinin 2010-cu il aprel ayından deyil, 2011-ci il iyunun 13-dən hesablanmasına etiraz olaraq aclıq aksiyası keçirən azərbaycanlı fəal Fərdin Muradpur sərbəst buraxılıb. Güney qaynaqlarına istinadən bu günlərdə İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricaniyə məktub yazan Fərdin Muradpurun səhhətində ciddi problemlər yaranıb və azərbaycanlı fəal həbsxananın klinikasına qaldırılıb. İran həbsxanalarında 4 il qeyri-insani əzablara məruz qoyulan Muradpur 2013-cü il iyunun 18-də Təbriz mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Muradpur 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında həbs edilib. Hakimiyyət əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaqda təqsirləndirilərək 6 il həbs cəzasına məhkum edilib. Bundan başqa, 2009-cu ildə may hadisələrinin ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan Muradpur 13 gün xəstəxanada müalicə alıb və tam sağalmamış gecə saatlarında həbsxanaya aparılıb. Azərbaycanlı fəal uzun müddət təkadamlıq kamerada saxlanılıb, ağır işgəncələrə məruz qalıb, aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər yaranıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143