Redaksiya

Bahar Muradova Slovakiya parlamenti sədrini cavabsız qoymadı

“Qarabağ Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Kimlərinsə bu torpağı xristianlığın məkanı kimi təqdim etməsi tamamilə yanlış hərəkətdir. Bir ölkə rəsmisinin belə mövqe ortaya qoyması təəssüf doğurur”. Bu sözləri mətbuata açıqlamasında MM sədr müavini Bahar Muradova deyib. Slovakiya parlamentinin sədri Frantişek Mikloşkonun fikirlərinə münasibət bildirən B. Muradovanın fikrincə, görünür, bu, Slovakiya…

Tam mətn

Məmmədyarov BMT baş katibinə məlumatlandırma məktubu yazdı

Elmar Məmmədyarov iyulin 19-da Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərinin fiziki, mədəni, demoqrafik xarakterini dəyişmək cəhdləri barədə Pan Gi Munu məktub yazaraq məlumatlandırıb. Nazir Ermənistanın atəşkəs rejimindən istifadə edərək Azərbaycanın işğal altındakı ərazilərinin fiziki, mədəni, demoqrafik xarakterini dəyişmək cəhdləri, o cümlədən yeni yaşayış məskənlərinin yaradılması, hava limanının bərpası, yol tikintisi və…

Tam mətn

Doğma tükcədə yazmış Sadiq bəy təqdim olundu

XVI-XVII əsrlərdə yaşamış azərbaycanlı şair, ədəbiyyatşünas və rəssam Sadiq bəy Sadiqinin yaradıcılığından ibarət kitab nəşr olunub. MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovun «Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı» adlı kitabında Sadiq bəy Sadiqinin türkcə yaradıcılığı ilk dəfə bütöv şəkildə tədqiq edilir. «Elm və təhsil»…

Tam mətn

Arzu Kazımıv üçün dövlət ittihamçısı 7 ildən 4 ilə endi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində «Elşad Abdullayevin işi» ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesində Kazımovun vəkili Ramiz Zeynalov çıxış edərək müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Daha sonra dövlət ittihamçısı Ramazan Hadıyev replika hüququndan istifadə edərək çıxış edib, çıxışında…

Tam mətn

Bu OMONçu 18 ildir axtarılırmış, indi tutuldu

Bu OMONçu 18 ildir axtarılırmış, indi tutuldu və məhkəmə qarşısına gətirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) əməkdaşı Camal Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra prosesdə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini deyib. Proses avqustun…

Tam mətn

DYP: «nəşəli» sürücü «sərxoş» deyə təsbit edilir…

Bəlli olur ki, bizim ölkədə DYP yollarda narkotik vasitə qəbul edərək sükan arxasına oturub nəqliyyat vasitəsini idarə edən sürücülər də müəyyən edilir, lakin onlar «sərxoş» deyə təsbit edilir və statistikaları aparılmır. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev mətbuata bildirib ki, 2013-cü ilin…

Tam mətn

Farsca yazıları Nizami məqbərəsinə kim yerləşdirmişdi?

Bəlli olur ki,Nizami Gəncəvinin məqbərəsində üzərində fars dilində olan şeir kaşılar yerləşdirilibmiş, Özü də 1997-ci ildə… Onu hansı ağıllı oraya soxuşdurubmuş, onun adı çəkilmir, lakin 16 ildən sonra deyilir ki, o yad dildəki yazılar oradan çıxarılaraq yerinə həmin şeirlərin Azərbaycan dilində tərcüməsi yerləşdiriləcək. Bu barədə Trend-ə MEA Nizami Gəncəvi Mərkəzinin…

Tam mətn