Muəllif: Redaksiya
Bu OMONçu 18 ildir axtarılırmış, indi tutuldu
Bu OMONçu 18 ildir axtarılırmış, indi tutuldu və məhkəmə qarşısına gətirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) əməkdaşı Camal Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra prosesdə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini deyib. Proses avqustun 27-də davam etdiriləcək.
Nəzərov Astara şəhərindən İrana keçərkən həbs olunub. Araşdırmalar zamanı onun 1995-ci ildən axtarışda olduğu məlum olub. Belə ki, C. Nəzərov 1995-ci ilin mart hadisələrində iştirakda təqsirləndirilir.
Nəzərov CM 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə ittiham olunur.
Bölüm: Xəbərlər
Oxunma sayı: 342

