Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Bir daha balanslaşdırılmış siyasət haqqında

Azərbaycan hüquq-mühafizə, o cümlədən, xüsusi xidmət orqanlarına, məhkəmələrinə o qədər də inanmıram. Daha düzünü desəm, demək olar ki, inanmıram. Amma… Çərşənbə axşamı məlum olub ki, Azərbaycanda İran vətəndaşı saxlanılıb. O, İsrail səfirliyinə və onun əməkdaşlarına hücum cəhdində şübhəli bilinir. Azərbaycanlı detektivlər axtarış zamanı onun üzərindən İsrailin Bakıdakı…

Tam mətn

Azərbaycansayağı statistika

Deyirlər ki, bir yalan var, bir böyük yalan, bir də statistika. Bu sıraya mən daha bir anlayış əlavə edərdim — azərbaycansayağı statistika. İqtisadçı deyiləm. Hətta bir jurnalist kimi də iqtisadiyyat sahəsində ixtisaslaşmamışam. Amma yenə də sovet dönəmində Azərbaycan Dövlət Universitetini bitirmişəm. Ən azından siyasi-iqtisad adlanan bir elmdən…

Tam mətn

Olmasaydı dünyada axmaqlar…

«Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar gözünün qarşısında onu deşib keçər» (Bencamin Franklin) Ezopun bizim eradan əvvəl (b.e.ə.) VI əsrdə Frakiyada anadan olduğu ehtimal edilir. Tarixin atası hesab edilən Herodot yazır ki, Ezop Samos adasında yaşayan İadmon adlı birinin qulu olub. O,…

Tam mətn

Korun KORDAN fərqi

Deyirlər ki, cavanlığında Səməd Vurğun yerlisi olan bir gözəl qıza aşiq imiş. Amma gözəl qız pulu-parası olmayan gənc şairə ərə getməkdən imtina edib. İllər keçib. Səməd Vurğun dünya şöhrətli şairə çevrilib. Vaxtilə gözəl və gənc olan o qız da artıq bir ailənin evlənmə yaşı çatmış oğul-qız sahibli…

Tam mətn

Putin millətçiliyi

«Millətçilik — gəlir mənbəyi təmsil etdiyi xalqa xəyanətə əsaslanan biznesdir» Son dövrlərdə çox millətçilər gördüm. Dünənə qədər kosmopolit mövqeyi ilə tanınanlar birdən-birə millətçi oldular. İqtidarı dəstəkləməyənlərin hamısını «milli xain» elan etdilər. Kimləri «erməni» elan etmədik?! Amma seçkilər bitdi. Situativ millətçiliyə olan ehtiyac bitdi. Hər…

Tam mətn

Bravo: demokratiya təntənəsi!!!

Heç vaxt yadımdan çıxmaz. 2003-cü il oktyabrın 16-sı idi. ATƏT, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa Birliyinin birləşmiş müşahidəçi missiyası Azərbaycanda prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirirdi. O zamanlar AŞPA-nın Azərbaycan üzrə məruzəçilərindən biri olan ispaniyalı Martines Kassan bir gün əvvəl başa çatmış…

Tam mətn

Abutalıbovu Oslolulara «icarə»yə verək

Bir neçə il bundan öncə Norveçin paytaxtı Osloda idim. O qədər böyük olmasa da, çox gözəl şəhərdir. Amma diqqətimi daha çox çəkən Oslonun ayrı-ayrı hissələrini bir-birindən ayıran geniş meşə-park zolaqları oldu. Belə meşə-park zolaqlarından birinə getdim. Ucu-bucağı görünməyən bu parkda yalnız bir neçə xudmani kafe, bir…

Tam mətn