Milli təhlükəsizlik, həqiqət və azadlıq
İki çox vacib və uzağa gedən nəticələri olacaq hadisə ətrafında bəzi fikirlərimi oxucularımla bölüşmək istəyirəm. Hal-hazırda Ankarada yaşadığım üçün tərəfkeşlik edib Türkiyədən başlayacam. Bu günlərdə Türkiyəyə, obrazlı desək, Tunqus meteoriti düşdü. Xarici işlər nazirinin, Baş Qərargah rəisi müavininin və Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin, yəni bizim təbirimizcə, milli…