Ramilə Qurbanlı

“Anamın kitabı” ilə Azərbaycan reallığı ətrafında düşüncələr

Yaxud obrazının öhdəsindən gələ bilməyənlər Pyes oxumağı uşaqlıqdan xoşlamıram. Yorucu gəlir mənə, filan pərdə, filan səhnə, sonra da obrazın dilindən bir-bir onların dilaoqları, monoloqları, hadisənin gedişatı və sair çox əzabvericidir, məncə. Pyes yazılır ki, səhnələşdirilsin və onu səhnədə seyr etmək daha zövqvericidir. Bunu niyə vurğuladım? Biz uşaq olanda nümunəvi təhsil sistemi vardı, onun sayəsində bu əzabverici pyes oxuma olayını çox rahat keçərdik. Ədəbiyyat dərsində müəllim pyesi uşaqlar arasında rollar üzrə bölərdi, səhnələşdirib oxuyardıq.

Tam mətn

Solan nar çiçəkləri

yaxud Rusiyanın “udduğu” Qabillər, “Nar bağı” nda qalan Saralar Milli kino deyəndə xəyalıma ilk gələn Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” və Rza Təhmasibin “Arşın mal alan” filmləri olur (daha çox Üzeyir bəy Hacıbəyli), çünki Azərbaycan gerçəkliyinin müəyyən bir dövrünü o zamanı yaşamayanların, görməyənlərin gözləri önündə canlandıra bilir. Milli keyfiyyətlərə, adət-ənənələrə, kökə bağlı nəsnələrdən danışır (Onlar yaxşıdır, ya pis, başqa söhbətin mövzusudur).

Tam mətn

Qaşığımıza çıxan qazanımıza tökdüyümüzdür

Qaşığımıza çıxan qazanımıza tökdüyümüzdür     “Yalan deyirsən, oxumamısan”, “Mənə fırıldaq gəlirsən, sən gedən yolu, mən qayıdıram”, “Sizdən oxuyan olmaz”, “Sizdən adam çıxmaz”,  “Sən dedin mən də inandım” və sair, və ilaxır bu qəbilli sözləri hər gün dəfələrlə övladlarına valideyinlər işlədir, tələbələrinə müəllimlər.Uşaq gözünü dünyaya açandan əvvəlcə ona ana yalan danışır, aldadır, harasa gedəndə uşaq məni də apar deməsin deyə “Həkimə gedirəm qayıdacam”, “Sənə konfet almağa gedirəm, indi qayıdıram”,-deyə yalan söyləyir.  Başından eləyir ki, serilaına rahat baxsın,

Tam mətn

Hər gecə hücrəsinə çəkilib ağlayan analar

Çox uşaq idim, evdə bizə qədim bir rəvayət danışmışdılar. Anamın, yoxsa atamın danışdığını  xatırlamıram, çünki nənəmlə babamdan sonra estafeti hər ikisi almışdı. Bizə ədəbiyyatdan, tarixdən çox bəhs edər, bir də ibrətamiz rəvayətlər danışardılar. İndi də elədi, “qızım sənə deyirəm, gəlinim, sən eşit” “rədifli” hekayələri davam edir.  Sadəcə, o vaxtlar bilməzdik ki, bunlar hamısı bizim özülümüzü təşkil edən “materialdı”.

Tam mətn

“Yaşamağa dair”

Səhərlər qoşulub payıza Akademiyanın bağında gəzişirəm. Ayağımın altında xəzan xışıldayır, payızın mülayim rüzgarı üzümü oxşayır, oluram təbiətin bir hissəsi. Oluram deyəndə, əslində biz elə payızın bir hissəsiyik, sadəcə bunu həmişə hiss etmirik. Ümumiyyətlə hiss etməyənlər də var, hiss edənlərsə həyatın dolaylarında tez-tez unudurlar, hərdən yadımıza düşür və bax o zaman təbiətdən də, həyatdan da zövq aldığımız an olur.

Tam mətn

Milli teatrda oliqarxın “Sinif yoldaşları”

Yaxud mənə məni  göstərən güzgü Əvvəlcə ürəyimcə olan məqamlardan danışım.  Zalın dolu olması, xüsusən, ölkədə mədəniyyətin vəziyyətinə cavabdeh şəxslərin tamaşanı sona qədər izləmələri ürəyimi açdı. Müəllifin – Yuri Polyakovun tamaşaçılar arasında olması da təqdirəlayiqdir, çünki xüsusi canlanma verdi prosesə.  Yeri gəlmişkən, Yuri Polyakov “Əmrə yüz gün qalmış”, “Rayonmiqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə bizə tanışdır. Əsərlərini də bizim dilə əsasən Etimad Başkeçid tərcümə edib, bu əsəri də həmçinin.

Tam mətn

Ölkəyə valyuta gətirən film

“7 oğul istərəm” Amerikada Xəyyam Mirzəzadəni ağladıb  “7 oğul istərəm” filminə baxanda həmişə  rəhmətlik Həsən Məmmədovla son görüşümüzü xatırlayıram. Çox söhbət elədik, onun portretini işləyirdim. Söhbətimizin sonunda içimdə qalan, dilə gətirmək istədiyim, amma gətirə bilmədiyim bir sualı gözlərimdən oxuyurmuş kimi eynilə filmdə Bəxtiyarın pilləkəndə oturub düşündüyü kadrda olduğu fason xəyala dalıb dedi:“Birdən məndən soruşarsınız ki, yaratdığınız obrazlar bu günün reallığı ilə ayaqlaşmır, deməli, əslində bu gün üçün heç nə etməmisinz. Məsələn, elə Bəxtiyar obrazı artıq bizdən deyil?

Tam mətn