“Anamın kitabı” ilə Azərbaycan reallığı ətrafında düşüncələr
Yaxud obrazının öhdəsindən gələ bilməyənlər Pyes oxumağı uşaqlıqdan xoşlamıram. Yorucu gəlir mənə, filan pərdə, filan səhnə, sonra da obrazın dilindən bir-bir onların dilaoqları, monoloqları, hadisənin gedişatı və sair çox əzabvericidir, məncə. Pyes yazılır ki, səhnələşdirilsin və onu səhnədə seyr etmək daha zövqvericidir. Bunu niyə vurğuladım? Biz uşaq olanda nümunəvi təhsil sistemi vardı, onun sayəsində bu əzabverici pyes oxuma olayını çox rahat keçərdik. Ədəbiyyat dərsində müəllim pyesi uşaqlar arasında rollar üzrə bölərdi, səhnələşdirib oxuyardıq.