Pərviz Cəbrayıl

İNŞALLAH, ELİNA SAĞ QALMAZ…

İntihar heç də deyildiyi kimi, ümidlərin öldüyü son nöqtə deyil, əksinə, yeni ümid başlanğıcı, daha gözəl həyat arayışıdır. Bu, bir ümiddən daha böyüyünə, daha etibarlısına keçid cəhdidir. Dinlər yaranmasaydı, bəlkə bu ikinci (daha böyük) ümid də yaranmazdı. Əminəm ki, dinlərin »o biri dünya»nı kəşf etməsinə qədər heç bir insan intihar etməyib… Vəhşi heyvanlar parçalayıb, xəstəlikdən ölüblər, döyüşdə həlak olublar, təbii fəlakətlər aparıb, ancaq intihar etməyiblər.

Tam mətn

“KAZBEK”Ə ŞEY BASIM, ZIRRANIM…

Səmimi şəkildə boynuma alıram ki, xora qoşulmağı, xoru dinləməyi yox, durub ta bitənəcən kənardan izləməyi, ara səngiyəndən, tozanaq yatandan sonra o haqda düşünməyi xoşlayıram. Xoru izləmək, xordakıların ağızlarını bir-bir müşahidə etmək gerçəkdən çox əyləncəli işdir. Hətta elə olur, özünü saxlamağı bacarmayıb qoşulmaq, sən də nəsə səs çıxarmaq istəyirsən, ancaq bütün gücünü, iradəni sərf edib özünü ələ alır, yenə də izləməyə davam edirsən. Elə ən zövqverən məqam da budur. Özünü saxlaya bilmək.

Tam mətn

BİR KİŞİ ADAM…

Bir dəfə dostlarıyla söhbətdə özünün bitib-tükənməz qayğılarının yaradıcılığına mane olmasına işarə edərək Dostoyevski demişdi: “Mən də qraf Tolstoy kimi təmin olunmuş biri olsaydım, bəlkə 100 il sonra da məni oxuyardılar”. Bu cümlədə Dostoyevskinin bütün iztirabları, əsil istedad sahiblərinə xas olan şəkildə öz əsərlərinin səviyyəsinə şübhə və inanmsızlıqla yanaşması bütün kədəriylə ifadə olunub. Onun az qala ağlayaraq dediyi bu söz indi bizə gülməli gəlir, bax a, yəni doğrudanmı bu sözü Dostoyevski deyib?

Tam mətn

RƏBİQƏNİN SUALININ CAVABI…

Rayonlarımızdan birində xəstəxananın cəmi iki təcili yardım maşını var. Deyir, maşınlar nə gündədirsə, bir çağırışa gediblər, xəstə maşını görüb, deyib ki, siz gedin, mən taksiylə gələrəm xəstəxanaya. İndi bizim umudlarımız elə gündədir ki, istəyirsən deyəsən, sən öz başının çarəsinə bax, biz özümüz birtəhər yaşarıq, daha doğrusu, ölərik… “Şair, yazıçı, rəssam, elm adamı ac olar, məşəqqət, əzab-işgəncə içində yaşar” fikri nə vaxt beynimizə yerdilib, bilən varmı? Onu bizim ağlımıza kim soxub?

Tam mətn

ATOM BOMBASI QƏDƏR QORXUNC…

Bir şeyi heç cür anlaya bilmirəm. Xristianlıqla islam, ümumiyyətlə, dinlər nəyi bölə bilmirlər? Dünyanı? Allahı? Yer kürəsini? Fəlakət ondadır ki, onlar dünyanı da, allahı da, Yer kürəsini də çoxdan bölüblər. Bölüm-bölüm. Parça-parça. Həm də elə bölüblər ki, yəqin, dünyanın sonuna qədər də birləşdirmək mümkün olmayacaq. “Pew Research Center”in 230 dövlətdə apardığı demoqrafik araşdırmaya görə, 6,9 milyardlıq Yer sakinlərinin 5,8 milyardı özünü inanclı sayanlardır.

Tam mətn

KİŞİLƏRİN QADINLARI TƏLƏYƏ SALDIĞI OYUN

Feminizm… Son dərəcə sadə ensiklopedik tərif: “(lat. femina – »qadın») — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat. İlk baxışdan son dərəcə sadə, əslində isə qadının özü qədər mürəkkəb, ağılla dərkedilməz bir şey. Rus şairi Fyodor Tütçevin 1866-cı il, dekabrın 10-da yazdığı bir şeir var: Умом Россию не понять, Аршином общим не измерить: У ней особенная стать — В Россию можно только верить. Şair deyir ki, Rusiyanı ağılla dərk etmək olmaz, ona sadəcə inana bilərsən.

Tam mətn

Varlığın dözülməz ağırlığı

Bəzi əsərlər var ki, zaman-zaman yenidən oxuyursan, bəzilərinə də yazılarında dönə-dönə qayıtmalı olursan. Səbəblər çoxdur. Və hər dəfə əsərdə yeni bir istinad nöqtəsi tapırsan, ən qaranlıq künclərə işıq düşür, yeni mənalar gözə çarpır. Söhbət üst-üstə düşən iri reallıqlar içində gözəgörünməz fərqli təfərrüatlardan, dediyim o işıq düşməyən qaranlıq künc-bucaqdan gedir. Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanıyla bağlı özüm də daxil, gənc yazıçı və publisistlərimizin çoxu yazıb. Yazıların mövzusu da, az qala hamıda üst-üstə düşüb: cəmiyyətin əyilməyən ziyalısına münasibəti.

Tam mətn