İsmayıl Umudlu

Yozef Blatter Azərbaycana inanır

FİFA prezidenti Yozef Blatter affa.az saytına müsahibəsində deyib ki, Azərbaycana inanır, əmindir ki, mötəbər turnirlərə əla ev sahibliyi edə bilərik. O qeyd edib ki, hər növ turnirlər, eləcə də çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır. «Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək…

Tam mətn

Ankara ilə İrəvanın münasibətləri yaxşılaşa bilməz

Nə qədər ki, Ermənistan Azərbaycan topraqlarının işğalını davam etdirir, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından söhbət gedə bilməz. Bu barədə çərşənbə axşamı Trend-ə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından deputatı Mustafa Kabakçı bildirib. «Ermənistanla münasibətlərin yaxşılaşdırılması məsələsində Türkiyənin mövqeyi aydındır: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, Ankara öz…

Tam mətn

Qazaxıstan latın əlifbasına keçmək yolunu tutur

Qazaxıstan latın əlifbasına keçid zamanı Azərbaycanın təcrübəsindən istifadə edə bilər. APA-nın Qazaxıstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə qazaxdilli saytların redaktorlarının konfransında çıxış edən “Nur Otan” Partiyasının katibi Erlan Karin bildirib. O deyib ki, bu layihənin icrasında başqa ölkələrin təcrübəsindən də istifadə olunmalıdır: “Bir çox ölkələr latın qrafikasına…

Tam mətn

Cərimələnən gənclər «nəticədən» razıdırlar

Yanvarın 12-də əsgər ölümlərinə etiraz əlaməti olaraq keçirilən aksiyada iştiraka görə cərimə edilmiş gənclər «5 qəpik» kampaniyası nəticəsində yığılan vəsaiti dövlətə ödəmək fikrindədirlər. Bunu gənc fəallar dünən RATİ Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər. Amma AXCP Cəlilabad rayon təşkilatının sədri Təzaxan Mirələmli kimi bu vəsaiti ödəmək istəməyənlər də var….

Tam mətn

Naxçıvanda həbs edilən sahibkarın həyatına təhlükə var

Naxçıvanda iş adamı Məhəmməd Qurbanov və kürəkəni Nadir Məmmədovun işi üzrə ibtidai istintaq başa çatıb. 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddə ilə yanaşı, onlara qarşı yeni ittihamlar irəli sürülüb. Bunu dünən Müsavat Partiyasının qərargahında Sədərək Gömrük keçid məntəqəsində gömrük əməkdaşları tərəfindən döyülən və sonradan CM 315.2.1-ci (vəzifəli şəxsə təzyiq…

Tam mətn

20 Yanvar: Qorbaçovu məhkəməyə biz yox, əslində ruslar verməlidirlər

20 Yanvarın 23-cü ildönümüdür. 23 ildir bu günü kədər və xalqımıza pislik etmiş canilərə əbədi nifrət hissi ilə qeyd edir, bir daha o günləri, verdiyimiz qurbanları anırıq. Kiçik bir ölkənin vətəndaşları olaraq, yenə də bəyan edirik ki, bu cinayətin baş memarı hələ həyatdadır, onu müttəhimlər kürsüsündə əyləşdirmək lazımdır. 20…

Tam mətn

Gürcüstan-Türkiyə münasibətləri gərginləşib

«Təəssüf ki, Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib». APA-nın «Qruziya Onlayn»a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili dünənki brifinqdə bəyan edib. Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə Bakı-Tbilisi-Kars dəmiryol layihəsini həyata keçirir. Bu beynəlxalq əhəmiyyətli dəmiryol magistralı gələn ilin əvvəlinədək istifadəyə verilməli, hamıya,…

Tam mətn