Muəllif:

Yozef Blatter Azərbaycana inanır


FİFA prezidenti Yozef Blatter affa.az saytına müsahibəsində deyib ki, Azərbaycana inanır, əmindir ki, mötəbər turnirlərə əla ev sahibliyi edə bilərik. O qeyd edib ki, hər növ turnirlər, eləcə də çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır.
«Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək səviyyədə təşkilatçılıqla üzləşəcəyik. FIFA olaraq, bunu bilmək bizim üçün çox önəmlidir. Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan sözün həqiqi mənasında tarixi mərkəzdə — mədəniyyətlərin qovuşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür», — deyə Blatter bildirir.
FİFA prezidenti müsahibəsində bildirib ki, Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır.
Blatter deyir:
— Öncə onu qeyd etməliyəm ki, bu turnir ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır. Bu baxımdan həmin çempionat tarixi önəm daşıyan bir hadisə idi. Təşkilati işlərə gəldikdə isə, hər şey mükəmməl səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Olimpiya oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır.
Bakıda keçirilən U-17 qadınlararası dünya çempionatında biz dünyaca məhşur müğənnilərin çıxışlarını izlədik. Bununla təşkilatçılar futbol və mədəniyyətin vəhdətini yaratdılar. Futbol da məhz bir mədəniyyətdir və cəmiyyətin vacib bir hissəsidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 268