İsmayıl Umudlu

Bizdə banklar dünyadan 5 il geri qalır…

Avropada, eləcə də qonşu Rusiyada internet bankçılıq sahəsi xeyli inkişaf edib. İnternet və mobil bankçılıq xidmətlərinin bir sıra üstünlüyü vardır. Bu, vaxta qənaət etməklə ümumi xərclərin azaldılmasına imkan verir. İnternet bankçılığı ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə sərbəst interfeysin yaradılması imkanı verir. Bu prosesdə xidmətdən istifadə…

Tam mətn

Azadlıqlar və demokratiyanı vəsf edək

«Art for democracy» kampaniyası 2013-cü il üçün mahnı müsabiqəsi elan edir. Bu barədə kampaniyanın təşkilatçılarından olan İnsan Hüquqları Klubundan məlumat yayılıb. «Demokratiya naminə musiqi» yarışmasında məqsəd demokratiya, insan haqları və qanunun aliliyini vəsf etməkdir. Müsabiqəyə isə 40 yaşadək istənilən bəstəkar və ifaçı qatıla bilər. İştirakçıların musiqi təhsilinin olması tələb…

Tam mətn

AŞ Azərbaycandakı durumdan narahatlıq ifadə edir

Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Qreş nümayişçilərin saxlanması və mühakimə edilməsi, müxalifət liderlərinin həbsləri daxil olmaqla, ölkədə hadisələrin bu cür mənfi inkişafından narahatlıq bildiriblər («Turan»). «Ədalətsiz məhkəmə prosesləri, saxlanılanlarla pis davranma ilə bağlı çox narahatedici xəbərlər daxil olur», — deyə AŞPA-nın saytında yerləşdirilən…

Tam mətn

«Betta» baş leytenantı şərlənərək həbs edilib?

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun anası Gülnaz Lətifova vəkil Fərzəli İbrahimovla birgə RATİ mətbuat mərkəzində oğlunun həbsilə bağlı mətbuat konfransı keçirdi. Gülnaz Lətifova oğlunun həbsinin sifarişli olduğunu iddia etdi. Asif Lətifovun 17 il XDMX-nin xüsusi təyinatlı «Betta» qrupunda çalışıb. Lətifova dedi ki, qurumun…

Tam mətn

“525-ci qəzet”in redaksiyasına heç bir ziyan dəyməyib

“Baş verən yanğın nəticəsində redaksiyamıza heç bir ziyan dəyməyib”. Bu açıqlamanı APA-ya «525-ci qəzet»in baş redaktorunun müavini Yusif Rzayev verib. Onun sözlərinə görə, yanğın binanın zirzəmisində başlayıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərinin qısaqapanma nəticəsində baş verib. Binanın komendantı İlham Feyzullayev APA-ya açıqlamasında yanğın nəticəsində təxminən 35-40 kvadratmetr ərazinin…

Tam mətn

Aygün Kazımovanın qardaşının məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı…

Tam mətn

Bu iki əsgər bir-birini döyüb

Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında hərbi nizamnamə qaydalarını pozmaqda təqsirli bilinən Müdafiə Nazirliyi N saylı hərbi hissəsisinin hərbi qulluqçuları — Rəşad Mamaxanov və Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Rəşad Mamaxanov N saylı hərbi hissəsinin 2-ci artilleriya divizionunun 5-ci batareyasının 1-ci atəş taqımının 2-ci topun heyət nəfəri vəzifəsində…

Tam mətn