Muəllif:

“525-ci qəzet”in redaksiyasına heç bir ziyan dəyməyib

“Baş verən yanğın nəticəsində redaksiyamıza heç bir ziyan dəyməyib”. Bu açıqlamanı APA-ya «525-ci qəzet»in baş redaktorunun müavini Yusif Rzayev verib. Onun sözlərinə görə, yanğın binanın zirzəmisində başlayıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərinin qısaqapanma nəticəsində baş verib.
Binanın komendantı İlham Feyzullayev APA-ya açıqlamasında yanğın nəticəsində təxminən 35-40 kvadratmetr ərazinin yandğını bildirib.
Qeyd edək ki, yanğın “525-ci qəzet”in yerləşdiyi Azərbaycan Tərcümə Mərkəzinin zirzəmisində başlayıb. Yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürmə maşını gəlib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 235