Sən nə pərəstsən?
Dörd ətrafımızda və içimizdə əməlli-başlı dava gedir. Mənə belə gəlir ki, özümüzü bilməzliyə, topların gurultusunu, savaş hayqırtılarını eşitməzliyə vurmuşuq. İtkilər də var. Bəlkə bu amansız savaşın mahiyyətindən baş çıxara bilmirik? Mən bir xeyli baş sındırandan (qarşı tərəfdən yox, elə bir qoçaqlıqla hələ ki öyünə bilmərəm, mən öz başımı nəzərdə…